Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən şəhərin Şəhid ailələrinə, veteranlarına, imkansız və aztəminatlı insanlara,ümumilikdə 5000 ailəyə qida məhsulları paylanılmasına başlanılmışdı.Bu cəmiyyətlər içərisində AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahılları da yaddan cıxmamışdı.Belə ki, şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan geniş çeşidli qida məhsullarının paylanılmasına bölmə könüllüləri ilə birgə start verilmişdi.Bölmənin qeydiyyatında olan 80 ailə bölmənin könüllüləri tərəfindən evlərdə ziyarət olundu. Paketləri alan ahıllar,imkansız ailələr şəhər rəhbərliyinə, bu qida paketlərini onlara catdıran bölmə könüllülərinə öz minnətdarlıqlarını bildirdilər.