17 aprel 2020-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsi tərəfindən 57 ailəyə ərzaq yardımları paylanıldı. Aksiyada AzQAC-ın İdarə rəisi-vitse prezident Əziz Qocayev, İcraçı katibin müavini Xalidə İsgəndərova, İnformasiya şöbəsinin müdir müavini Xalid Xəlilov və Bakı Regional Mərkəzin Koordinatoru-Nizami rayon bölməsinin sədri Rəna İbrahimova və Cəmiyyətin könüllüləri iştirak edirdilər. Covid19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 65 yaşdan yuxarı ahıl yaşlı insanların evdə qalmasını təmin etmək məqsədilə yardımlar evlərə aparıldı. AzQAC bu fəaliyyətlərini özünün könüllüləri vasitəsi ilə daha geniş sahədə həyata keçirir. Cəmiyyət bu sahədəki fəaliyyətlərini- ehtiyaclı, kimsəsiz, ahıl yaslı insanlara yardımlarını davam etdirəcək.