IMG_2054

Azərbaycan dili kursunun 3-cü tədris ilinə hazırlıqla bağlı HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) görüş

AzQAC-nin uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Son illərdə bütün Milli və Beynəlxalq bayramlarda AzQAC Miqrasiya şöbəsi müxtəlif tərəfdaş şirkətlərin (xüsusilə Azpetrol, Azersun, Ulduz şirniyyat fabriki, 12 May şirkəti, Kapital Bank və s.) dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış yerli və əcnəbi qaçqın və miqrantlara humanitar yardımlar edir (ərzaq bağlamaları), rayon və qəsəbələrdə, qaçqın şəhərciklərində və Bakı şəhərində kompakt halda yaşayan məcburi köçkünlərə ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları və s. təşkil edir.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, 2013-cü ilin oktyabr ayının 1-dən əcnəbi miqrantlar üçün açılmış təmənnasız Azərbaycan dili kursu HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) müvəffəqiyyətlə davam etdirilir.

AzQAC -nin Miqrasiya şöbəsi sentyabr ayında İşçi qrupun HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində görüşünü keçirmiş, miqrantların yeni dərs ilinə hazırlıq səviyyəsini müzakirə etmiş, miqrantlara sorğu vərəqələri paylamışdır. Görüşdə Mərkəzin rəhbəri Zəminə Səfərova, AzQAC-nin  Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, şöbənin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva kursun işi, müdavimlərin davamiyyət səviyyəsi və son nəticələr barəsində  fikirlərini söylədilər. Nəticələr xeyli ürəkaçan olmuşdur. Kursa 2 tədris ili ərzində xeyli sayda müdavim qatılmış və hər iki ilin sonunda 32-35 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir.

Əfqan icmasının lideri Mehriban Əhmədi bu il də cox sayda əfqanın kursa qatılacağını söyləyərək onlara bu kursun çox əhəmiyyətli olduğunu vurğuladı. HAYAT Təşkilatının təhsil işləri üzrə koordinatoru Fuad Məmmədov da telefonla söhbətə qatılaraq kursun yenidən başlayacağından çox məmnun olduğunu söyləyərək müəlliməyə bu il məktəbə gedən uşaqlar üçün əlavə təşkil etdiyi 2 aylıq hazırlıq dərsləri üçün təşəkkür etdi, Təhsil nazirliyi işçilərinin testlər zamanı bu uşaqların hazırlıq səviyyələrindən çox razı qaldıqlarını dilə gətirdi. Daha sonra bu ilki dərs ili üçün bir neçə təklif verdi.

AzQAC Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, şöbənin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva öz tərəflərindən QQGM-in meneceri Zəminə Səfərovaya, HAYAT Təşkilatının təhsil işləri üzrə koordinatoru Fuad Məmmədova göstərdikləri qayğı və köməyə görə minnətdarlıq etmiş və bildirmişlər ki, nəticələrə müvafiq olaraq AzQAC Miqrasiya şöbəsi bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də müqrantlar üçün HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 3-cü tədris ilinin açılışını edəcək.

Sonda QQGM-in meneceri Zəminə Səfərova kursun həftəlik dərs cədvəli məsələsini də diqqətə çatdıraraq AzQAC rəhbərliyinə – şəxsən Novruz Aslanova, bu kursun ərsəyə gəlməsində böyük əməyi keçmiş Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, müəllimə Sona Hacıyevaya, işçi qrupun üzvü, Tibbi layihələr koordinatoru Mətanət Qaraxanovaya öz adından və həmçinin HAYAT təşkilatı rəhbərliyi adından təşəkkürlərini bildirdi.IMG_2051 IMG_2052 IMG_2053 IMG_2054 IMG_2057

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.