P1070212

Respublika Kliniki Xəstəxanasında qanvermə aksiyası təşkil olundu

Məlumdur ki, Talassemiya, Hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə Dövlət Proqramı daxilində ölkəmizdə xüsusi qayğı göstərilir, ələlxüsus həmin xəstələrin müntəzəm olaraq qan və qan komponentləri ilə təchizatı daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ildən  respublikada fəaliyyət göstərən tibb müəssisələrində  könüllü qanvermə aksiyaları mütəmadi olaraq həyata keçirilir. Bununla bağlı,  AzQAC-in rayon bölmələrinin işçi heyyəti və könüllüləri də belə aksiyalara cəlb olunaraq,  qan verirlər.

Belə ki,  növbəti qanvermə aksiyası sentyabr ayının 29-da Respublika Kliniki Xəstəxanasında təşkil olunmuşdur. Bu aksiyada AzQAC-in Nərimanov Rayon Bölməsinin sədri Esmira Sadıxova, Sabunçu Rayon Bölməsinin fəal könüllü mütəmadi  qan donorları cəlb olunaraq, qan vermişlər. Aksiyada Respublika Kliniki  Xəstəxanasının hematologiya şöbəsinin, eyni zamanda orada yerləşən Hemofiliya mərkəzinin müdiri Elmira Qədimova və digər tibb işçiləri AzQAC-in könüllü mütəmadi qan donorlara bu aksiyaya qatıldıqlarına görə təşəkkür etmişlər.

Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan xəstəxanada  qana ehtiyacı olan xəstələrin  müalicəsində istifadə olunacaqdır.  Aksiyada 100-dən artıq insan qan vermişdir.P1070207 (1)P1070204 P1070210 P1070212

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.