BMT Baş məclisinin 1990-cı il 14 dekabr tarixli qərarı ilə hər il oktabrın 1-i “Beynəlxalq Ahıllar” günü kimi qeyd olunur. Bu günün Beynəlxalq səviyyədə qeyd olunması məqsədi yaşlı insanlara mənəvi dəstəyin göstərilməsi gənc nəsildə ahıllara qayğının və diqqətin formalaşdırılmasının təmin edilməsidir. Müstəqil Azərbaycanımızda bütün zümrələrdən olan insanlara, o cümlədən yaşlı nəslin nümayəndələrinə diqqət və qayğı Ümummilli liderimiz Heydər Əliyevin adi ilə bağlıdır. Bu ənənəni möhtərəm prezidentimiz İlham Əliyev cənabları da uğurla davam etdirir.
Oktyabr ayının 1-də “Ahıllar günü” münasibətilə “Dan Ulduzu” şadlıq evində Qızıl Aypara Cəmiyyəti şəhər bölməsi Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə 120 nəfər tənha, kimsəsiz ahıllara, müharibə və əmək veteranlarına, qaçqın və köçkün ailələrdən olan qocalara bayram tədbiri keçirmişdi. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Akif Quliyev, məsul işçi Seyfəddin Rəhimov, Fərman Kazımov və digər rəsmi qonaqlar iştirak edirdilər.
Tədbirdə qocalar üçün bayram süfrəsi açılmış və musiqi təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, onları bayram münasibəti ilə təbrik etmiş və qeyd olunan günün tarixçəsindən danışmışdır. Artıq neçə illərdir ki, keçirilməsi ənənə halını almış bu günün təşkilində göstərdiyi fəallığa görə QAC Sumqayıt şəhər bölməsinə öz minnətdarlığını bildirmişdi. Daha sonra çıxış edən İcra Hakimiyyətinin məsul işçisi Seyfəddin Rəhimov tədbir iştirakçılarını şəhər rəhbərliyi adından bayram münasibətilə ahılları təbrik etdi onlara can sağlığı arzu etdi.
Sonra söz müsiqiyə verildi. Bayram süfrəsində əyləşən ahıllar bir-birini əvəz edən gözəl müsiqi sədaları altında bölmə könüllüləri ilə birgə rəqs edib şənləndilər. Tədbirin sonunda çıxış edən şəhər Veteranlar şurasının üzvi İbrahim müəllim və bəzi ahıllar belə gözəl tədbirin keçirildiyi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti və QAC Sumqayıt şəhər bölməsinə öz minnətdarlığını bildirdilər