Bu günlərdə Bakıya və Azərbaycan Respublikasının bölgələrindən biri olan İsmayıllı rayonuna Avstriya İnkişaf Agentliyinin (ADA/ADC) və Avstriya Qızıl Xaç Cəmiyyətinin (AQXC) nümayəndələrinin səfəri olmuşdur. Məqsəd rayonda 2012-ci ildə başlanılmış, bu zamana qədər davam edilmiş və növbəti illərə nəzərdə tutulacaq Təhlükəsiz və Möhkəm İcmaların Qurulması (TMİQ) layihəsinin şərh olunmasıdır. Avstriyanın Vyana şəhərində Cənubi Qafqaz regionun üç Milli Cəmiyyətlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan) görüşündə bu səfərin sentyabr ayının sonunda nəzərdə tutulması deyilmişdir və hər Milli Cəmiyyətin nümayəndəliyi ilə ayrı görüşlər təşkil olunmuşdur. Məhz bu görüşlərin əsasında qərar alınmışdır ki, səfər İsmayıllı rayonuna olacaq və orada donor təşkilatlara aparılan işlərin təqdimatı olunacaq.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) prezidentinin müşaviri/Təhlükəsiz və Möhkəm İcmaların Qurulması layihəsinin koordinatoru Elşən Səlimzadə və Cəmiyyətin İcraçı Katibinin müavini/Təbii fəlakətlər sahəsində kurator xanım Səbinə Məhbubi-İran təmsil edirdilər.
Səfər zamanı qonaqlar AzQAC-nin İsmayıllı rayon bölməsinə baş çəkmiş və orada sədr, işçi heyyəti və könüllülərlə söhbətlər aparmışlar. AzQAC İsmayıllı rayon bölməsinin sədri cənab Tofik İsmaylov qonağları salamlayaraq layihənin aparılması haqqında kiçik hesabat verdi. Sonra sual cavab əsnasında donorlar tərəfindən layihənin gedişatı zamanı hansı çətinliklərlə qarşılanması,aradan qaldırılması və hansı nailiyyətlərin əldə olunması müəyyənləşdirildi.
Növbəti görüş İsmayıllı rayonun İcra Başçısının birinci müavini cənab Rövşən Ağayevlə keçirilmişdir. Görüşdə cənab Elşən Səlimzadə ADA/ADC təşkilatını təmsil edən Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri xanım Barbara Knotsu və Avstriya QXC təmsil edən Cənubi Qafqaz regionu üzrə TMİQ layihəsinin rəhbəri cənab Mixael Qrabneri təqdim edərək AzQAC-ın rəhbərliyi adından İsmayıllı rayonun İcra Hakimiyyətinə layihə boyu əməkdaşlığa və dəstəyə görə təşəkkürünü bildirdi. Cənab Rövşən Ağayev İsmayıllı rayonun İcra Başçısı və heyyəti adından qonaqları salamlayaraq layihənin İsmayıllı rayonunda aparılmasından və əldə olunan nəticələrdən məmnun olduğunu, layihənin icmaların inkişafına, onların möhkəm olmasına və təhlükəsizliyinə vacibliyini bildirdi. Sevindirici haldır ki, bu layihənin çərçivəsində aparılan imkanların və imkansızlığın qiymətləndirməsinin tapıntıları digər təşkilatlarla yeni layihələrin həyata keçirilməsinə imkan yaratmışdır deyərək cənab Ağayev bildirdi. Məsələn Beynəlxalq Bankla, Yaponiya Səfirliyilə icmaların yaradılması və suyun kəçilməsi kimi misallar. Bu layihənin nə dərəcədə faydalı olmasını təsdiq edir. Cənab Elşən Səlimzadə verilən misalları layihənin böyük qələbəsi kimi qeyd edərək onun düzgün istiqamətdə aparılmasını vurğuladı. Cənab Ağayev çıxışında dövlətin daimi dəstəyinin olunması haqqında danışaraq belə bir layihələrin vasitəsilə yerlərdə problemlərin müəyyənləşdirilməsi və hamısının birgə cəlb edilməsi nəticəsində həll olunması üçün gözəl imkan olduğunu qeyd etmişdir.
ADA/ADC nümayəndəsi öz növbəsində təşkilatın təqdimatı zamanı onun hansı bir struktur olduğunu və adətən işinin hansı tərzdə qurulduğu haqqında danışdı. O, Avstriya dövlətinin Cənubi Qafqaz regionu və onu təmsil edən ölkələrə olan strateji marağını qeyd etdi. Məhz bu maraq əsasında Avstriyada aparıcı mütəxəssislərdən biri olan Avstriya Qızıl Xaç Cəmiyyətinin təqdim etdiyi təşəbbüs ADA/ADC tərəfindən müsbət qarşılanmış və müvafiq maliyyə dəstəyi ayrılmışdır. Qeyd olunanlarla yanaşı həyata keçirilmiş layihənin vasitəsilə Cənubi Qafqaz regionun üç Milli Cəmiyyətlərinin arasında daha sıx əməkdaşlıq, fikir və təcrübə mübadiləsi üçün imkanın yaradılması da vurğulanmışdır. Eyni zamanda qeyd olunduki, bu layihə yerlərdə əhaliylə dövlət strukturları və Milli Cəmiyyətlə dövlət strukturları arasında təməli qoyulmuş əməkdaşlığın gücləndirilməsi üçün imkan yaradır və İsmayıllı rayonun misalında bu əməkdaşlığın uğurlu olunması artıq müşahidə olunur.
Sonda cənab Səlimzadə TMİQ layihəsinin növbəti üç ilin ərzində davam olunmasını və bunun üçün artıq lazımlı addımların atılmasını qeyd etdi. Yeni ərəfəyə layihədə İsmayıllı rayonunun bundan öncə əhatə olunduğu kəndlərlə yanaşı (Diyallı, Təzəkənd, Tircan, Kürdmaşı) yeni kəndlərin (Yuxarı Zərnava, Sumağalli) cəlb olunması və layihə ərzində bu kəndlərdə də İcma əsaslı Fəlakət Riskini Azaltma qruplarının (CBDRR) yaradılması, onların təlimatlandırılması və bu qrupların vasitəsilə bir sıra kiçik həcmli iqtisadı-sosial məsələlərin həll olunması nəzərdə tutulur.
Nümayəndə heyyəti tərəfindən məlumat verildi ki, 2015-ci il noyabr ayında TMİQ layihəsinin 1-ci mərhələsinin və gələcək addımların layihə boyu onun aparılmasında dəstək göstərən, iştirak edən bütün tərəfdaşlara təqdim olunması ilə bağlı Gürcüstanın Tbilisi şəhərində Yekun Konfransın təşkil olunması nəzərdə tutulur. Bu görüşdə iştirak etmək üçün cənab Rövşən Ağayev nümayəndə heyyəti tərəfindən rəsmi olaraq dəvət olundu.
Son görüş Kürdmaşı kəndinin icma üzvlərilə təşkil olundu. Qonaqlar icma üzvlərinin nə dərəcədə layihədən razı qaldıqları, bəhrələndikləri haqqında suallar verdi. İcma üzvləri layihənin kəndin sakinlərinə faydalı olduğunu qeyd edərək, onun vasitəsilə bir sıra çətinliklərin aradan qaldırılması üçün böyük vasitə olmasını qeyd etdilər. Məsələn layihə ərəfəsində kəndin körpüsü, yol bərpa olundu, hazırda su məsələsinin həll olunması nəzərdə tutulur. Məkətəblərdə, ailələrdə aparılan görüşlər, təlimatlar nəticəsində artıq təhlükənin nə olması, ondan necə qorunması haqqında anlayış yaranmış və baş verən kiçik fövqəladə hallar zamanında verilən biliklər, vasitələr müvafiq qaydada istifadə olunmuşdur.
Bütün səfər boyu ADA/ADC və Avstriya Qızıl Xaç Cəmiyyətini təmsil edən qonaqlara təşəbbüsün irəli sürülməsi, birinci mərhələnin uğurla başa çatması və layihənin davam olunması arzusu üçün icra Hakimiyəti, AzQAC və icma üzvləri tərəfindən təşəkkür bildirilmiş və ümüdvar olunmuşdur ki, növbəti illərdə də layihə gözəl nəticələrlə əldə olunacaq.