Bu yardımlar Amerika xalqının səxavəti ilə ABŞ-ın COVID-19 pandemiyasına qlobal reaksiyasının bir hissəsi olaraq mümkün oldu. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ,USAID və Unicef təşkilatı ilə birgə Covid-19 pandemiyasına dəstək kampaniyasının bir hissəsi olaraq,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıda və bölgələrdə yerləşən bölmələrinin xətti ilə 600 qutu gigienik ləvazimatları ehtiyaclı coxuşaqlı ailələrə paylanıldı.Bu layihədən Sumqayıt şəhər bölməsinin də ehtiyaclı 40 ailəsi də bəhrələndilər.Humanitar yardımların paylanılmasında AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak edərək,karantin dövrünü nəzərə alaraq, yardımları ailələrə evlərində təqdim etdilər. Gigienik qutuları alan benifisiarlar göstərilən köməyə görə öz minnətdarlıqlarıını bildiridilər.