Koronavirus pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmasını nəzərə alaraq, bununla mübarizə məqsədilə dövlətlər tərəfindən zəruri addımlar atılır. Azərbaycan hökuməti də öz vətəndaşlarnı bu virusdan qorumaq məqsədilə təxirəsalınmaz və çevik tədbirlər həyata keçirir. Əlaqədar hökümət strukturları öz fəaliyyət sahələrinə uyğun olaraq respublika ərazisində Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında yaradılmış Opreativ Qərargahın tövsiyə və təlimatlarına uyğun olaraq, əhali arasında lazımi maarifləndirici işləri aparır və həmçinin bütün profilaktik tədbirləri həyata keçirir.Bele şəraitdə Ölkənin qocaman humanitar təşkilatı AzQAC öz humanitar missiyasına sadiq qalaraq humanitar yardımlarını geniş şəkildə davam etdirir. Eyni zamanada Milli Cəmiyyətin Miqrasiay şöbəsi qediyyatında olan miqrantları hər zaman diqqətdə saxlayır. Bunun bariz nümunəsi olaraq “Procter&Gamble” şirkəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə olaraq 25-29 iyun tarixlərində ümmumilikdə 30 miqrant ailəsinə gigiyena bağlaması təqdim olunmuşdur. Məlumat üçün bildirək ki, miqrantlar Əfqanıstan, Suriya, İraq, Pakistan və digər ölkələrin vətəndaşlarıdır.