2020 –ci ilin aprel ayından başlayaraq COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti UNİCEF-in və USAİD-in Azərbaycandakı Nümayəndəliyi və Missiyası ilə birgə əməkdaşlıq layihəsi həyata kecirir. Layihənin əsas məqsədi birgə səylər nəticəsində gəncləri cəlb etmək və onların vasitəsi ilə riskli ünsiyyət ilə əlaqəli məlumatları öz aralarında və hədəf seçilmiş icmalar arasında geniş şəkildə yaymaqdır. Eyni zamanda, layihə çərçivəsində əhalinin sosial –iqtisadi cəhətdən həssas təbəqəsinin gigiyenik bağlamalar, psixososial dəstək ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin anbarında saxlanılan bağlamalar yük maşınlarına yüklənərək paylanmaq üçün şəhər və rayon bölmələrimizə göndərilmişdir.
Hal hazırda, Bakı, Sumqayıt və digər regionlarımızda, ümumilikdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 22 şəhər və rayon bölmələrinin vasitəsilə gigiyenik bağlamaların paylanışı davam edir. Paylanış bu həftənin sonuna qədər yekunlaşacaqdır. Eyni zamanda, UNİCEF tərəfindən çap olunmuş çox sayda maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələri arasında paylanılmışdır.