IMG-20200630-WA0009

Azərbaycan Qızıl Aypara Cəmiyyəti UNİCEF-in və USAİD-in Azərbaycandakı Nümayəndəliyi və Missiyası ilə birgə əməkdaşlıq layihəsi

2020 –ci ilin  aprel ayından başlayaraq  COVİD-19 pandemiyası ilə əlaqədar  Azərbaycan Qızıl Aypara Cəmiyyəti  UNİCEF-in və USAİD-in Azərbaycandakı Nümayəndəliyi və Missiyası ilə birgə  əməkdaşlıq  layihəsi  həyata kecirir. Layihənin əsas məqsədi  birgə səylər nəticəsində  gəncləri  cəlb etmək  və onların vasitəsi ilə riskli ünsiyyət ilə əlaqəli  məlumatları öz aralarında  və hədəf seçilmiş  icmalar arasında  geniş şəkildə  yaymaqdır. Eyni zamanda,  layihə çərçivəsində  əhalinin sosial –iqtisadi  cəhətdən  həssas təbəqəsinin  gigiyenik  bağlamalar, psixososial  dəstək ilə təmin edilməsi  nəzərdə tutulmuşdur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin anbarında saxlanılan bağlamalar yük maşınlarına yüklənərək paylanmaq üçün şəhər və rayon bölmələrimizə göndərilmişdir.

Hal hazırda, Bakı, Sumqayıt və digər regionlarımızda, ümumilikdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 22 şəhər və rayon bölmələrinin vasitəsilə gigiyenik bağlamaların paylanışı davam edir. Paylanış bu həftənin sonuna qədər yekunlaşacaqdır. Eyni zamanda, UNİCEF tərəfindən çap olunmuş çox sayda  maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələri arasında paylanılmışdır.IMG-20200630-WA0001Screenshot (64)Screenshot (65)Screenshot (66)Screenshot (67)Screenshot (69)Screenshot (70) IMG-20200630-WA0003 IMG-20200630-WA0004 IMG-20200630-WA0007 IMG-20200630-WA0008 IMG-20200630-WA0009 IMG-20200630-WA0010 IMG-20200630-WA0011 IMG-20200630-WA0012 IMG-20200630-WA0013 IMG-20200630-WA0014 IMG-20200630-WA0015 IMG-20200630-WA0016

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.