6 oktyabr 2015- ci il tarixində “Azərboru” ASC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqanı və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülkü müdafiə məşqi keçirilmişdir.
Təlimdə Sumqayıt Regional Fövqəladə Hallar Mülkü Müdafiə şöbəsinin şəxsi heyəti, AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə” üzvləri, Dövlət Yanğın təhlükəsizlik xidmətinin şəxsi heyəti, Təcili Tibbi Yardım stansiyasının həkim briqadası, “Azərboru” ASC-nin rəhbərliyi, Fövqaladə Hallar komissiyası mülkü müdafiə qərargahı, mülkü müdafiə dəstələri və dəstələrə cəlb olunmayan işçiləri iştirak edirdi.
“Azərboru” ASC-nin ərazisində şərti partlayışların törənməsindən dərhal sonra qaldırılmış “həyəcan” siqnalı üzrə başlanan təlim zamanı Sumqayıt şəhər mülki müdafiə qüvvələri ilə eyni vaxtda fövqəladə hadisə yerinə ilk növbədə yanğınsöndürən və təcili yardım maşınları, qazdan xilasetmə dəstələri daxil olmuşlar. Şərti partlayışın baş verdiyi ərazidə yanğınların söndürülməsi ilə yanaşı kimyəvi kəşfiyyatın təşkili, ərazinin mühafizəsi, axtarış-xilasetmə, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması işləri operativ şəkildə yerinə yetirilmişdir. Şəhərin “Qızıl Aypara” cəmiyyətinin xüsusi geyim və ləvazimatla təchiz olunmuş “Mobil dəstə” üzvləri “zərər çəkənləri”, “yaralıları” qəza ərazisindən çıxararaq və ilkin yardım göstərərək, onları Təcili tibbi yardım stansiyasının maşınlarına yerləşdirmiş və həkim briqadalarına təhvil vermişdirlər