Niderland dövlətinin Azərbaycandakı Səfiri cənab Robbert J. Gabrielse və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Bayram Vəliyev 7 oktyabr 2015-ci il tarixdə birgə əməkdaşlıq barədə razılaşma imzalamışlar. Görüşdə cənab səfirə AzQAC-ın ölkə daxilində və xaricdə humanitar fəaliyyət sahəsində gördüyü çox sahəli işlərdən məlumat verilmişdir. Cənab səfir Robbert J. Gabrielse aldığı məlumatdan çox razı qalmış və AzQAC ilə gələcək əməkdaşlığa hazır olduqlarını və bundan məmnun qaldıqlarını ifadə etmişdir. AzQAC İcraçı Katibi Bayram Vəliyev də öz növbəsində Niderland dövlətinin Azərbaycandakı Səfirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirmiş və AzQAC rəhbərliyi adından cənab səfirə dərin hörmət və təşəkkürlər çatdırmışdır.
Hər iki tərəf humanizm yolunda gələcək əməkdaşlığın davamlı və uğurlu olması üçün bir-birinə müvəffəqiyyət arzulamışlar