IMG-20200715-WA0003

AzQAC Azərbaycan dili kursunu bitirmiş miqrant müdavimlərin 7 -cı buraxılışı və onlara sertifikat verilməsi münasibəti ilə tədbir keçirdi

 

Miqrasiya  bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya  ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 02-də  ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 7  tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -15.0 7.2020-ci ildə AzQAC-ın Baş ofisində kursun 7-ci buraxılışına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq dedi ki, dünyada baş alıb gedən COVİD-19 pandemiyası ilə bağlı tədbiri çox kiçik heyətlə hissə-hissə keçirəcəyik, heç bir qurumdan, təşkilatdan, mediadan qonaq dəvət edə bilmirik. Buna baxmayaraq kursun müəllimi Sona Hacıyeva dərsləri dayandırmayıb, artıq 5 aydır ki,online dərslər davam etdirilib və bu gün artıq təhsilin başa çatması haqqında şəhadətnamələrin təqdimatına başlanılıb.

7-ci ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC–nin rəhbərliyinə, Azərbaycan dili müəllimi  Sona Hacıyevaya təşəkkür etdi. Sonra İctimai Layihələr koordinatoru Mətanət Qaraxanova çıxış edərək miqrasiya məsələsinin bu gün ən aktual  və önəm kəsb edən məsələ olduğunu vurğulayaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdi və bu işdə Qızıl Aypara Cəmiyyətinə, kursun müəlliminə təşəkkür etdi.

Sonra 7-ci buraxılış münasibəti ilə hazırlanmış sertifikatlar bir-bir müvəffəqiyyət qazanmış müdavimlərə paylandı.

Sonda valideynlər Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, layihə koordinatoru Mətanət Qaraxanovaya bu işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər.

Tədbir kollektiv xatirə şəkillərinin çəkilməsi və 6 ehtiyaclı əfqan ailəsinə xeyli miqdarda ərzaq yardımı edilməsi ilə başa çatdı.IMG_20200715_110208IMG_20200716_114420IMG_20200716_114550IMG_20200716_114848 IMG_20200715_110231 IMG_20200715_112206 IMG-20200715-WA0001 IMG-20200715-WA0002 IMG-20200715-WA0003 IMG-20200715-WA0004 IMG-20200715-WA0007 IMG-20200715-WA0008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.