2020-ci il iyulun 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində keçirilən pandemiya ilə əlaqədar koordinasiya Şurasının növbəti iclasında mövcud vəziyyətlə bağlı ətraflı məlumat verən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun bu sahədə tövsiyə və tapşırıqlarını iclas iştirakçılarının nəzərinə çatdırdı.
Natiq hazırda Covid-19 pandemiyası ilə əlaqədar AzQAC-ın həyata keçirdiyi layihələr, görülən işlər – paylanılan yardımlar, aparılan maarifləndirmə işi haqqında məlumatlardan geniş bəhs etdi. Bundan sonra görüləcək işlərin konturlarını cızdı.
Daha sonra yardımların paylanışına nəzarət və monitorinqin aparılması məsələləri müzakirə olundu. Mövcud vəziyyət, nailiyyətlər, uğurlar və gələcək perspektivlər dəyərləndirildi. Cari məsələlər müzakirə olundu. Müzakirələr zamanı AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi və İcraçı Katibin müavini-Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə prezentasiya ilə çıxışlar etdilər. İclas iştirakçılarının suallarına müvafiq vacablar verildi.