Bu ağır Covid-19 pandemiya dövründə ehtiyaclı uşaqlara dəstək olmaq,onlara tək olmadıqlarını hiss etdirmək ən böyük savabdı.Bu ağır günlərdə əhatəmizdə olan xeyirxah insanların dəstəyi ilə biz ayparaçılar da savab yiyəsi olur,ehtiyaclı uşaqları tək qoymuruq. Bu dəfə də ənənəmizə sadiq qalaraq keçmiş əməkdaşımız Nərgiz Əhmədov tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 10 nəfər fiziki imkanları məhdud və coxuşaqlı ailələrə qurban payı paylanıldı. Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı uşaqlar adından minnətdarlığını bildirdi..Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!