FAEEN (Ilk Yardım üzrə Təhsilin Avropa Şəbəkəsi) 2002-ci ilin oktyabr ayında yaranmışdır və yaranmasının əsas məqsədi İlk Yardımın Avropa regionuna daxil olan Milli Cəmiyyətlərində inkişaf olunması və keyfiyyətli tədris programların təqdimatıdır. İlk Yardım demək olar ki, Qızıl Xaç və Qızıl Aypara Hərərkatına daxil olan bütün 192 Milli Cəmiyyətlər üçün aparıcı və önəmli fəaliyyətlərdən biridir. İlk Yardım vərdişlərinin öyrənilməsilə əhaliyə həm məişətdə həm də hər hansı sa bir ekstremal hallarda (münaqişələr, ixtişaşlar, təbii fəlakətlər) imkan yaradılır ki, onlar özlərinin və digərlərin həyatını lazımı addımları ataraq xilas etsinlər.
İlk Yardım vərdişlərilə əhatə olunan auditoriya müxtəlifdir və insanın dinindən, irgindən, dilindən, siyasi məsubiyyətindən, fiziki məhtudiyyətindən asılı olmayaraq hamısına təqdim oluna bilər. FAEEN şəbəkəsinin vəsitəsilə Avropa regionuna daxil olan Milli Cəmiyyətlər bir-birilə öz bilik və bacarıqlarını bölüşüb İlk Yardımın inkişafına təkan verirlər. İlk Yardım özüdə ölkə daxilində bir şəbəkənin yaradılmasına gözəl fürsətdir. Burada təlimatçıları, İlk Yardım dəstələrini, çoxlu saylı təlimatlandırılmış könüllü heyyətini misal gətirmək olar.
Bu və digər mühüm suallar FAEEN-nin 2015-ci il oktyabr ayında Lüksemburqda keçirilmiş növbəti görüşündə Avropa regionuna daxil olan Milli Cəmiyyətlərin nümayəndələri arasında geniş müzakirə olundu.
Hər Milli Cəmiyyətin özünə və ölkəsinə məxsus olan xüsusiyyətləri istisna etməməklə İlk Yardım demək olar ki, standartlaşdırılmış qaydada hər bir yerdə və şəraitdə təqdim edilə bilər, lakin təqdimat paketinə bir sıra xüsusiyyətləri nəzərə alaraq daha müxtəlif programları əlavə etmək olar, məsələn fiziki məhtudiyyəti olan insanlara İlk Yardımın daha rahat, daha müvafiq qaydada öyrədilməsi və ya göstərilməsi. Bununla bağlı İngiltərə, İrlandiya, Yunanıstan Qızıl Xaç və Türkiyə Qızıl Aypara Cəmiyyətləri tərəfindən ayrıca təlimat modulları hazırlanmışdır. FAEEN görüşündə bu modullara əsasən təqdimatlar olunmuş və Milli Cəmiyyətlərin nümayəndələrinə ölkə daxilində tətbiq olunmaları tövsiyyə edilmişdur.
Ümumiyyətlə FAEEN görüşünün cədvəlinə görə bir sıra maraqlı təqdimatlar təşkil olunmuşdur. Məsələn, Norvec Qızıl Xaçı iştirakçıları “Henri” adında programla tanış etdi. Bu program kiçik və orta yaşlı uşaqlar arasında (3-6, 6-12) İlk Yardımın təlimatı haqqındadır və onun əsasında artıq əhalinin bu tərkib hissəsidə İlk Yardım vərdişlərilə əhatə oluna bilər. Bu çox vacibdir, çünki məişətdə 25% hadisələr, qəzalar məhz uşaqlarla baş verir və onlara qarşı olan təhlükə və onun nəticələri aradan qaldırılmalıdır.
Təqdimatlar sırasında görüşə dəvət olunmuş və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının digər regionunu təmsil edən Nepal Qızıl Xaç Cəmiyyətinin “Təbii fəlakətlər zamanı cavabdehlik mexanizmi olan İlk Yardımın göstərilməsi üzrə” ətraflı məlumatını xüsusi olaraq qeyd etmək lazımdır.
FAEEN görüşündə mövcud qaydalara, sənədlərə yeniliklərin, əlavələrin olunması haqqında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın (BQX/QACF) nümayəndələri tərəfindən açıqlamalar verildi. FAEEN-lə BQX/QACF-nın arasında bağlanacaq Əməkdaşlıq Razılaşması sənədinə olan dəyişiklər müzakirə olunub təsdiq olundu. Eyni zamanda qeyd edildi ki, 2015-ci ildə İsveçrənin Jenevrə şəhərində keçiriləcək 32-ci Beynəlxalq Konfransında “Təbii fəlakətlərə, risklərin azaldılmasına və İlk Yardıma dair Qanunvericiliyin gücləndirilməsi” adlı digər mühüm bir sənədin qaralama nüsxəsi müzakirələr üçün təqdim olunacaq.
FAEEN-nin bir rəsmi mərasimi vurğulamaq lazımdır və bu şəbəkənin Aparıcı Komissiyasının yeni üzvlərinin və mövcud üzvlərin yenidən seçilməsi mərasimidir. Nəticədə Aparıcı Komissiyasının tərkib hissəsini Türkiyyə Qızıl Aypara Cəmiyyətinin, İrlandiya, Fransa, Norvec, Belarus və Belçika Qizil Xaç Cəmiyyətlərinin nümayəndələri təmsil edəcək. Bütün Milli Cəmiyyətlər adından, O cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından Aparıcı Komissiyasının nümayəndələri təbrik olundu və onlara gələcək işlərində müvəfəqiyyətlər arzulandı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran təmsil etdi. FAEEN-in növbəti görüşünün keçirilməsi2016-ci ilin oktyabr ayında İtaliyada nəzərdə tutulur