P1070222

Sabunçu rayonunda “Psixi sağlamlıqda ləyaqət” şüarı altında tədbir keçirildi

1992 –ci ildən başlayaraq 10 Oktyabr Ümumdünya Psixi sağlamlıq günü Ümumdünya Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü ilə dünyada qeyd edilir. Bu günün qeyd olunmasında fəal iştirakçılarından Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Panamerikan Səhiyyə Təşkilatlarını xüsusi qeyd etmək lazımdır. AzQAC-  bu günün qeyd olunmasında fəal iştirakçılarından biridir. Belə ki, 2005-ci ildən AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində  bu gündə əhalinin psixi sağlamlıq barədə maariflənməsi, profilaktik   tədbirlərin təşkili, psixi sağlamlığın yaxşılaşması və xəstələrə müalicə xidmətlərin əlçatan olması kimi məsələlərə  həsr edilən təbliğat yönümlü tədbirləri həyata keçirir.  Bu il “ Psixi sağlamlıqda  ləyaqət “şüarı altında günün qeyd olunması tövsiyyə olunur.Bu günün qeyd olunması bir daha psixi  sağlamlığın qorunmasına, psixi pozuntular və xəstəliklərlə  yaşayan insanlara qulluq və xidmət göstərənailə üzvləri, dostlar, tibb işçiləri  onların ləyaqətini qorumağa çalışmalıdırlar.
Bu ildə Cəmiyyətin Sağlamlıq və qayğı şöbəsi,  Sabunçu RB əməkdaşları və könüllüləri daim əməkdaşlıq etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatrik klinikasında Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən tədbirə  dəvət olunaraq,  iştirak etmişlər. Adı çəkilən tədbirdə Sabunçu rayonun İcra hakimiyyəti, Səhiyyə idarəsi, Polis bölmələrinin və beynəlxalq təşkilatlarınınnümayyəndələri dəiştirak etmişlər. Xəstəxananın baş həkimi Agahüseyn Rəsulov tədbir iştirakçılarını salamlayıb, Ümumdünya Psixi Sağlamlıq günü ilə əlaqədar  xəstəxanada təşkil edilən tədbir barədə  məlumat vermişdi. Sonra  xəstəxananın həkim mütəxəssisləri Azərbaycanda psixi  sağlamlıq sahəsində göstərilən tibbi və hüquqi xidmətlər haqqında   məlumatları iştirakçılara çatdırılmışlar.  Psixi xəstələrin hüquqlarının pozulma hallarına aid videoçarx nümayış edilmişdir. Tədbir xəstəxananın reabilitasiya şöbəsindən olan bir qrup xəstələrin iştirakı ilə konsert proqramı ilə davam olundu.  Bununla yanaşı psixi xəstələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. AzQAC-in Sabunçu RB-in dəstəyi ilə  xəstələrə şirniyatlar təqdim etmişdirP1070227 P1070239 P1070242

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.