Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən vərəm xəstəliyi dünyanın ölümə səbəb olan 10 xəstəliklərdən biridir və ən təhlükəli infeksiyası sayılır. Bu baxımdan dünya əhalisinin vərəmə yoluxmanın hələ də yayılması dünya səhiyyə içtimayyətini daim narahat edən bir məsələsidir. Vərəm xəstəliyi təhlükəli olsa belə sağalandır. Vərəmli xəstələrin tam müalicə kursunu bitirməsi ən vacib şərtlərdəndir. Lakin bir çox problemlər və maneələr səbəbindən xəstələr tam müalicə kursunu bitirə bilmirlər, bu da vərəmin daha geniş yayılmasına gətirir.
TB REP 2.0 – ÜST Avropa Regional ofisi, Vərəm əleyhinə Avropa Koalisiyası, “TBpeople”, Qlobal Vərəm əleyhinə Kokus və Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrində vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığı ilə Qlobal Fondun Əsas Resipiyenti olan Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzi (PAS mərkəzi) tərəfindən həyata keçirilən regional layihədir. TB REP 2.0 proqramı çərçivəsində sub-resipiyent olan 11 Şərqi Avropa və Mərkəzi Asiya regionu QHT-dən biri Sağlamlığa Xidmət İctimai Birliyidir. Eyni zamanda Azərbaycanda Vərəmlə Mübarizə QHT Koalisiyasına rəhbərlik edən bir təşkilatdır. Qeydetmək lazımdır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Vərəmlə Mübarizə QHT Koalisiyasının üzvü olaraq bütün fəaliyyətlərə cəlb edilir.
Belə ki, TB-REP-2.0- çərçivəsində “Sağlamlığa xidmət” İB tərəfindən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə vərəmli xəstələrə dəstək məqsədilə yeni Oneimpact Azərbaycan Mobil proqram hazırlanmış və istifadəyə verilmişdir.
OneImpact Azərbaycan, vərəmli insanlara və icmalara, digər vərəm xəstələri və vərəm xidmətləri ilə əlaqə qurma yolları ilə tanış olmaq imkanı verən mobil əsaslı bir tətbiqdir. Bundan əlavə, bu, istifadəçilərə, əgər varsa, vərəm səbəbi ilə yaranan maneələr barədə məlumat verməyə də şərait yaradır. Tətbiq həmçinin istifadəçilərə yaxın olan müxtəlif tibb müəssisələrini / aptekləri tapmağa kömək edir. Hal-hazırda mobil tətbiq aktiv istifadə edilir. Oneimpact Azərbaycan proqramın tədbiqi xüsusi təlimatlandırılmış təlimçilər tərəfindən həyata keçirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova bu proqramın xəstələr arasında (Xəstəxana və Vərəm əlehinə Dispanserlərdə) tədbiqi üçün cəlb edilmişdir.