Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Az.QAC Fövqaladə Hallar şöbəsinin müdiri Elşən Səlimzadə və Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova AzQAC Sumqayıt şəhər bölməsində olmuş,bölmənin əməkdaşları və könüllüləri ilə birgə Sumqayıt şəhərinin müxtəlif yerlərində maarifləndirmə işləri aparmış,Covid-19 bağlı buklet və braşuraları paylamış, İran Klinikası tərəfindən verimiş tibbi maskaları əhaliyə təqdim etmişdilər.Onlarla birgə İran Klinikasının baş həkimi Saeid Kanani də bu aksiyalarda iştirak etmişdi.Cənab Saeid Az.QAC ilə birgə əməkdaşlığa görə Cəmiyyətin rəhbərliyinə, bu günkü maarifləndirmə işinin düzgün təşkili və maska paylanılmasında yaxından əməyi keçən AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına və könüllülərinə minnətdarlığını bildirdivə və qeyd etdi ki Az.QAC ilə birgə başlağımız əməkdaşlıq öz bəhrəsini verəcək,daha cox xeyirxah aksiyalara imza atacağıq. Bu gün başlanan bu maarifləndirmə aksiyaları davam etdiriləcək.