Azərbaycan Qızıl Aypara Cəmiyyətini “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində oktyabr ayının 14-də “Hayat Beynəlxalq Humanitar Təşkilatının “Qadın və Gənclər Mərkəzi”-də Əfqan, Çeçen icmalarından olan qızlar və qadınlara sağlamlıq üzrə növbəti seminar təşkil olunmuşdur. Görüşün məqsədi, qadınlar arasında sağlam həyat tərzi və psixi sağlamlıq barədə, onların həyat tərzində olan davranışların dəyişməsi ilə bağlı məlumatların çatdırılması idi. Seminarı keçirən AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova iştirakçılara sağlam həyat tərzinə aid olan mövzular və xüsusi olaraq psixi sağlamlıqla bağlı vacib məsələləri qeyd etdi. Məlumatları çatdırandan sonra hər bir iştirakçıya onun həyat tərzinin neçə olması barədə məlumatı paylaşmaq imkanı yaradıldı. Məlumatlardan müəyyən oldu ki, iştirakçılar öz həyatlarında bir çox problemlərlə (işsizlik, dil problemi, xroniki xəstəliklər, zərərli vərdişlərə alüdəçilik və s.) üzləşir və daim gərgin vəziyyətdə yaşayır. Buna görə onlar öz narahatlıqlarını bildirmişlər və bu kimi görüşlərin onlara müsbət təsir etdiyini və müntəzən olaraq keçirilməsi arzusunu xüsusi vurğulamışlar