P1070248

Sosial şəbəkənin qan donorluğunun təbliğatında əhəmiyyəti

Gənclərin dünyagörüşünün formalaşmasında, onların aktivliyinin artmasında sosial şəbəkələrin əhəmiyyətli rolu artıq bütün dünyada etiraf olunur. Şəbəkələrdə hər hansı bir məsələ ilə əlaqədar təbliğat aparmaq, fikirlər paylaşmaq mümkün olur ki, bunun da təsirinin digər təbliğat vasitələrindən daha geniş istifadəsi məlumdur.  Müasir dünyada gənclərin sosial şəbəkələrdən ən müxtəlif maraqlarını təmin etmək üçün də istifadə edir.  Azərbaycan ərazisində internet istifadəçilərinin sayı artdıqca, gənclərimiz də sosial şəbəkələrə daha çox qoşulmağa başlayıb.  Son zamanlar qan donorluğu ilə bağlı məsələlər elə şəbəkə vasitəsilə daha çox paylaşan məsələlərdəndir. Qana ehtiyacı olan insanların sosial şəbəkələr vasitəsilə qan donorlarının axtarması və qanverməyə cəlb edilməsi geniş şəkildə həyata keçirilir. Belə ki, son iki il  ərzində bir neçə nəfər fəal internet istifadəçi  gənclər  sosial şəbəkə vasitəsi ilə qana ehtiyacı olan ailələrə dəstək olmaq marağında olub, onlar  üçün qan donorların axtarışını təşkil edir. Qan donorlarını şəbəkə vasitəsilə ailələrə  yönləndirirlər. Belə yolla qana ehtiyacı olan insanlar öz qan donorlarını tapır, bununla da onların   həyatları xilas  olunur.  Amma gənclər başa düşür ki, bu işi həyata keçirmək üçü onlar daha məlumatlı olmalıdırlar ki, qan donorluğunun təşkilinə və digər məsələlərə aid verilən sualları düzgün cavablandırsınlar.  Bununla bağlı bir neçə nəfər  fəal gənc  qan donorluğuna dair bilik və bacarıqları əldə etmək üçün bu sahədə böyük təcrübə qazanan AzQAC-nə müraciət etmişlər.  Belə ki,  “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən gənclərlə AzQAC-in ofisində görüş keçirmişdir. Görüşdə gənclərə qan donorluğunun tarixi, qan və qan xəstəlkləri, qan donorluğunun təbliğat yönümlü fəaliyyətlərinin həyata keçirilməsi barədə prezentasiya şəklində, əyani vasitələrinin nümayişi ilə  geniş məlumatlar  təqdim edilmişdir. Sonda  gənclər bu görüşdə əldə etdikləri qan donorluğuna dair biliklərin  social şəbəkə  vasitəsilə  təbliğatda kömək olacağını qeyd etmişlər.  AzQAC tərəfindən qan donorluğuna aid hazırlanan vərəqələr də gənclərə paylanıldıP1070249

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.