Az.QAC Suraxanı RB- də 3 sentyabr “Biz birlikdə güclüyük” adlı növbəti tədbir keçirildi və ehtiyacı olan insanlara yardım göstərildi. Tədbirə “Çernobl əlilləri”, “Qarabağ əlilləri” və aztəminatlı ailələr dəvət olunmuşdu. Tədbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söhbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.