Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında qurulmuş əməkdaşlıq nəticəsində və həyata keçirilən layihə çərçivəsində agentliyin dəstəyi ilə 7000 qutu ərzaq və gigiyena məhsulları cəmiyyətin yerli bölmələrinin vasitəsilə Bakı və regionlarda ən həssas və ehtiyaclı ailələrə paylanılacaqdır.
Bununla bağlı, Sentyabr ayının 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinə tərəfdaş olan “GrandMart” kampaniyasının mərkəzi anbarında hazırlanmış qutuların yüklənilməsi prosesi təşkil edilmişdir. Tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Li Litzenbergerin iştirak etmişdir. “Qlobal Covid-19 pandemiyasının yaratdığı problemləri həll etməyə çalışdığımız müddətdə Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycan xalqını dəstəkləməyə davam edir. Biz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin USAID vasitəsi ilə Covid-19-la bağlı cavab səylərini dəstəkləməkdən qürur duyuruq”- deyə səfir Litzenberger qeyd etdi. Ümumilikdə, Amerika Birləşmiş Ştatları hökuməti pandemiyanın sağlamlığ və iqtisadi təsirlərinin idarə olunmasına kömək etmək üçün Azərbaycana 4.6 milyon dollardan çox vəsait ayırmışdır. Səfir qlobal səviyyədə ABŞ-ın pandemiya ilə mübarizə üçün 20,5 milyard dollar məbləğində yardım etdiyini söylədi.
Daha sonra çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını və bu dəstəyə görə təşəkkürlərini təşkilatçıların nəzərinə çatdırdı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkədə könüllülük prinsipinə əsaslanan ən böyük təşkilat kimi humanitar sahədə dövlətə köməkçi rolunu oynadığını qeyd etdi. Milli Cəmiyyətin bütün bölgələrdə və bir çox icmada təmsil olunduğunu, pandemiya başlanan dövrdən etibarən öz humanitar missiyasına uyğun olaraq dövlətə yardımçı təşkilat kimi AzQAC tərəfindən öz imkanları hesabına, eləcə də, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və bir sıra donor təşkilatların köməyi ilə əhalinin həssas qruplarına dəstək məqsədli müxtəlif fəaliyyətlər həyata keçirdiyini söylədi. Bu günə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə daxilində təxminən 120.000 həssas insana qida və gigiyenik məhsullar təqdim etmişdir. Vitse prezident bu müddət ərzində yanımızda olduqları və minlərlə həssas insana kömək etdikləri üçün tərəfdaşlarımıza Milli Cəmiyyət adından öz təşəkkürlərini bildirdiyini qeyd etdi.
Beynəlxalq Federasiya Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Covid-19-la bağlı ölkənin ehtiyac duyan icmalarına kömək göstərilməsində dəstək olmasından qürur duyur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göstərdiyi dəstəyi əhalinin həssas təbəqəsi, o cümlədən, yaşlılar, xroniki xəstəlikləri olanlar, əlillər, evlərini tərk edə bilməyənlərə, onlara qida, gigiyenik vasitələr və gündəlik işlərində kömək etməklə yönəldilmişdir. Bu çətin, naməlum vəziyyətdə cəmiyyət tərəfindən insanlara eyni zamanda psixoloji dəstək də verilmişdir. Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə Nümayəndəliyinin rəhbəri xanım Olga Dzhumaeva : “USAID-in dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu çətin anlarda ehtiyacı olanlara ən zəruri olan köməyi göstərməyə davam etdirəcək”- deyərək telefon danışığı ilə öz münasibətini bildirdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti fürsətdən istifadə edərək, ABŞ səfirinə, Amerika xalqına və USAİD Missiyasının rəhbərinə dəstəyə, diqqətə, göstərilən köməyə və qurulmuş əməkdaşlığa görə minnətdarlığını bildirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Federasiya, USAİD Azərbaycan dövlətinin göstərdiyi xidmətlərə dəstək olaraq öx töhfələrini verməyə hazırdır.
Bəşəriyyət tarixində sürətlə yayılan infeksion xəstəliklərə olduqca çox rast gəlinirdi. 2019-cu il dekabr ayının sonundan başlayaraq, bütün dünyada və həmçinin, Azərbaycanda COVID-19 kimi epidemiyaya çevrilən xəstəlik müşahidə olundu.
Azərbaycanda ilk dəfə koronavirusa yoluxma faktı 2020-ci il fevralın 28-də aşkar olundu. Azərbaycanda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən sistemli strateji tədbirlər həyata keçirilməyə başlanıldı.