IMG-7649

AzQAC-ın 2021-2025-ci illər üçün Yeni Strateji İnkişaf Planı üzrə Komissiyasının növbəti iclası keçirildi

 

İclası açıq elan edən AzQAC-ın vitse prezidenti, Yeni Strateji İnkişaf Planı üzrə Komissiyasının sədri Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun təklif və tövsiyyələrini komissiya üzvlərinin nəzərinə çatdırdı. Vitse prezident ötən iclasın nəticələrinin müzakirə olunmasını, təkliflərin dəyərləndirilməsini təklif etdi. Bu günki iclasın əsas mövzusunun sağlamlıq və qayğı sahəsinə aid olacağını bildirdi.

Daha sonra çıxış edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Cəmiyyətin rayon və şəhər bölmələrindən gələn təklif və rəylər haqqında ətraflı məlumat verdi. SİP-ə daxil olan 5 istiqamət haqqında danışdı. Pandemiyanın 2002-ci ildən bu günə kimi gündəmdə olduğunu qeyd edən icraçı katib bu sahədə blik və bacarıqların artılmasının vacibliyindən söhbət açdı.

Növbəti əsas istiqamət kimi fondalrın artırılması sahəsinə üstünlük verildi.Belə ki bu sahənində inkişafında diqqətin artırlması və gələcək  yeni 2021-2025-ci illər üçün Yeni Strateji İnkişaf Planı üzrə təkliflərin hazırlanması vurğulandı.

Ötən görüşdən sonra yenidən Sağlamlıq və qayğı, fövqaladə hallar sahəsi  yenidən müzakirə mövzusu oldu.

Görüşdə AzQAC-nin əməkdaşları ilə birlikdə BQXK-nin əməkdaşlıq üzrə yeni təyin olunmuş rəhbəri xanım laura Sesenna və əməkdaşlıq üzrə nümayəndə Rasim Allazov öz fikirlərini və təkliflərini bölüşdülər.

Komissiyanın növbəti iclasının 2020-ci il sentyabrın 28-də keçirilməsi qərara alındı.IMG-7639 IMG-7643 IMG-7645 IMG-7646 IMG-7649 IMG-7653

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.