Konullulerimiz-840x420

Bizim könüllülərimizlə tanış olun

 

Mən Rzazadə Sabir Famil oğlu. Pirallahı Rayon 168 nömrəli tam orta məktəbin        9-cu sinif şagirdiyəm. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsində könüllü olaraq fəaliyət göstərirəm. 7 aydır ki, Azərbaycan Qızıl Aypara

Cəmiyyətinin könühüsüyəm. Mən böyük qürur hissi yaşayıram ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsüyəm. Biz COVİD- 9 pandemiyası zamanı Pirallahı rayonunda yerləşən imkansız ailələrə yardım etdik. Maarifləndirici bukletlər payladıq. Böyük market və apteklərin qarşısında insanların sıx olduğu yerlərdə sosial məsafənin qorumasına tam riayət edirik. Bizim özümüz də yardım paylayan

zaman tibbi maskadan spirtdən istifadə edir, sosial məsafəni qoruyuruq. Bu işdə bizə dəstək olanlara təşəkkür bildirirəm. Biz birlikdə güclüyük!!!

 

 

Mən Hüseynli Fərid Rüfət oğlu 237 №li tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsüyəm. Bilirsiniz ki, korona virus deyə adlandırılan (COVID-19) virus bütün dünyada yayıldığı kimi Azərbaycandan da yan keçmədi. Biz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü olaraq “COVİD-19-dan qorunma yolları” adı altında bir neçə aksiyalar keçirməyi qərarlaşdırdıq. Biz düşündük ki, bu yolla insanlara COVİD-19-dan necə və hansı yollarla qoruna biləcəklərini başa salarıq və bunun önəmli olduğunu insanlara çatdırarıq. Əlbəttə ki, sanitar-gigiyenik qaydalara əməl edərək bu aksiyaları keçirməyə başladıq. Mən çoxlu sakinləri olan bir binada yaşayıram. Qərara aldım ki, bu aksiyalardan birini də öz məhəlləmizdə keçirdim. Bu aksiyada

məhəllə sakinlərinə COVİD-19 haqqında yazılan kitabçaları, bukletləri payladım. Daha sonra özümdə olan məlumatları sinif və məktəb yoldaşlarımla da paylaşmaq istədim. Görüntülü zəng vasitəsilə onları da bu virusdan necə qorumanlı olduqları haqqda məlumatlandırdım. Keçirdiyimiz bu aksiyalar hər kəs tərəfindən böyük maraqla qarşılandı. Biz AzQAC-ın könüllüləri olaraq bu askiyaların davamını da gətirməyi planlaşdırırıq. Keçirdiyimiz bu aksiyaların nəticəsi olaraq, mən düşünürəm ki, biz birlikdə bu virusa qalib gələcəyik.

 

 

 

Mən Fətullayeva Vüsalə Asif qızı artıq 6 ildir ki, könüllü fəaliyyəti ilə məşğul oluram. 2020-ci ilin mart ayından çoxdandır arzusunda olduğum və sevə-sevə fəaliyyətlərini izlədiyim Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzinin üzvü və könüllüsü oldum. İlk sərt karantinin ən çətin dövründə Bakının bütün ərazisində aztəminatlı, tənha, köməyə ehtiyacı olan, ahıl insanların yaşadığı ailələrə, şəhid ailələrinə baş çəkərək yardım paylarını təqdim edir, həmçinin, onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə xəstəlikdən qorunma

üsullarını izah edir, gigiyenik məhsullar paylayırdım, Humanizm, Qərəzsizlik, Neytrallıq, Könüllülük, Müstəqillik, Vahidlik, Universallıq prinsiplərinə, humanizm naminə fəaliyyətimi davam etdirəcəyəm. Paralel olaraq digər fəaliyyətləri də davam etdirirəm. Minlərlə könüllü çətin günləri bir xalq olaraq geridə qoymaq üçün vətəndaşlarımızın sağlamlığı naminə fəaliyyət göstərərək könüllərin qəhrəmanı oldu. Pandemiya ilə mübarizənin ön xəttində olan könüllülərdən olduğum üçün qürur hissi keçirirəm. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən

yüzlarcə könüllü arasından iyun ayı üzrə fəal iştirakıma görə “Ayın konüllüsü nominasiyası ilə təltif olunmuşam. Hal-hazırda fəaliyyətlərim dayam edir. Bu illər ərzində çoxlu dost-tanışlar, rəhbər şəxslər, bir sözlə, geniş ətraf qazanmışam. Könüllü olduğum üçün xalqıma, millətimə xeyir vera bildiyim üçün özümü xoşbəxt hisss edirəm, Yanımda olan və bundan sonra olacaq hər kəsə təşəkkür edirəm.
IMG-20200805-WA0002foto (86)foto (30)

 

Qeyd etmək lazımdır ki, Aprel ayından başlayaraq COVİD-19 infeksiyası ilə bağlı UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi (UNİCEF) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq layihəsi həyatə keçirilib. Layihənin əsas məqsədi birgə səylər nəticəsində gəncləri cəlb etmək və onların vasitəsilə riskli ünsiyyət ilə əlaqəli məlumatları öz aralarında və hədəf icmalar arasında geniş şəkildə yaymaqdır. Layihə iştirak edən bütün cəlb olunan könüllülər tərəfindən cəlb olunmaq imkanına və iştiraka, yeni bilik və bacarıqların əldə olunmasına görə UNİCEF-in Azərbaycanda olan Nümayəndəliyinə təşəkkür bildirildi və yeni layihələrdə iştirak etmək ümidi qeyd olundu.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.