Koronavirus pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmasını nəzərə alaraq, bununla mübarizə məqsədilə dövlətlər tərəfindən zəruri addımlar atılır. Azərbaycan hökuməti də öz vətəndaşlarnı bu virusdan qorumaq məqsədilə təxirəsalınmaz və çevik tədbirlər həyata keçirir. Əlaqədar hökümət strukturları öz fəaliyyət sahələrinə uyğun olaraq respublika ərazisində Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında yaradılmış Opreativ Qərargahın tövsiyə və təlimatlarına uyğun olaraq, əhali arasında lazımi maarifləndirici işləri aparır və həmçinin bütün profilaktik tədbirləri həyata keçirir.Belə şəraitdə ölkənin qocaman ən böyük milli humanitar təşkilatı AzQAC öz humanitar missiyasına sadiq qalaraq humanitar yardımlarını geniş şəkildə davam etdirir. Eyni zamanada Milli Cəmiyyətin Miqrasiya şöbəsinin qeydiyyatında olan miqrantları hər zaman diqqətdə saxlayır. Bunun bariz nümunəsi olaraq USAİD təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə olaraq 14 sentyabr tarixində ümumilikdə 50 miqrant ailəsinə ərzaq və gigiyena bağlaması təqdim olundu. Məlumat üçün bildirək ki, miqrantlar Əfqanıstan, İraq, Pakistan və digər ölkələrin vətəndaşlarıdır. Təqdimatda Fövqəladə hallar və Cavab vermə şöbəsinin müdiri Elşən Səlimzadə, Nəsimi rayon bölməsinin sədri Afət Quluyeva, sədr müavini Vahid Quliyev, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Şöbənin təhsil üzrə mütəxəssisi Sona Hacıyeva, Regional mərkəz və yerli bölmələrlə iş şöbəsinin müdiri Nicat Qəniyev iştirak edirdilər. İştirakçılar adından Elşən Səlimzadə çıxış edərək bu tədbirin təşkilatçılarına minnətdarlıq bildirdi və miqrantların heç vaxt diqqətsiz qalmadığını önə çəkdi. Yardım alan miqrant ailələr çox sevindilər və bu ağır dövrdə, işsizliyin baş alıb getdiyi bu məqamda onlara dəstək duran USAİD təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti işçilərinə dərin təşəkkürlərini bildirdilər.