Öz humanitar missiyasına sadiq qalaraq AzQAC-ın Tərtər rayon bölməsinin əməkdaşları və xüsusi hazırlanmış Fövqəladə Mobil Könüllü dəstələri sərhədyanı kənddə mülki şəxslərin evakuasiya edilməsinə köməklik göstərir.Tərtər rayonunda düşman Cenevrə konvensiyalarının müvafiq maddələrinin tələblərini kobud şəkildə pozaraq mülki şəxslərə qarşı qanunsuzluqlar törədiblər. Tərtər rayonunda AzQAC-nin Tərtər RB-nin əməkdaşları və 10 nəfər könüllü olmaqla Cəmiyyətə məxsus maşınlarla 1 nəfər yaşlı qadın olmaqla 5 nəfər mülki əhalini təxliyə edib və onlara çörək və su yardımı ediblər.