Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində AzQAC-nin Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə geniş təbliğat yönümlü fəaliyyətləri həyata keçirir. Bu fəaliyyətlərə gənclər arasında qan donorluğuna dair seminarların təşkilini aid etmək olar. 2015-ci il may ayının 15-də Lənkəran şəhərində keçirilən Gənc Qan Donorlarının İkinci Regional Forumda Lənkəran Tibb Kollecin gənclər təşkilatının sədri tərəfindən gənclərin qan donorluğu sahəsində maariflənməsi məqsədilə seminarların keçirilməsi istəyi səslənmişdir. Buna əsaslanaraq, oktyabr ayının 20-də Lənkaran şəhərində Tibb kollecində “Qan donorluğunun inkişafına dəstək” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda iştirak edən 60 nəfər tələbələrə təqdim olunan məlumatlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən prezentasiya formasında çatdırılmışdı. O, tələbələrə qan donorluğunun tarixi, qanın tərkibi, qan xəstəlikləri, qan vasitəsilə yoluxan xəstəliklər (İİV, hepatir B,C, malyariya və s.) qan donorluğu sahəsində beynəlxalq və yerli təcrübələr, Klub-25 barədə geniş məlumatları təqdim etmişdir. Bununla yanaşı, gənclərə “Sağlam həyat tərzi”- in təbliğatında fəal iştirak edib, sağlam qan donorluğa dəstək olduqları barədə xüsusi tövsiyyə olunmuşdur. Təqdimatdan sonra seminar iştirakçılarını qan donorluğuna aid maraqlandıran suallar cavablandırılmışdır. Seminarda iştirak edən tələbələrdən bir neçəsi (Əliyeva Teyibə – Səlyan rayonu, İmanov Elvin-Lənkaran şəhəri, Quluzadə Gülnar və Bahadurlu Səkinə – Astara rayonu) AzQAC-n könüllülər sıralarına və gələcəkdə Lənkaran şəhərində qandonorluğu sahəsində həyata keçirilən tədbirlərə eləcə də AzQAC-in Klub 25-n fəaliyyətlərinə qatılmaq istəklərini bildirdirmişlər. Seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkaran Regional Mərkəzinin kordinatoru Zəfər Miriyev, Lənkaran Rayon Bölməsinin sədri Fizuli Həsənov, gənclərlə iş üzrə təlimatçı Şəhla Məlikova iştirak edərək, Cəmiyyətin ölkədə həm qan donorluğunun inkişaf etdirilməsi istiqamətində, həmdə digər sahələrdə görülən işlərdən və həyata keçiriləcək fəaliyyətlərdən danışdılar. Sonda tələbələr arasında AzQAC tərəfindən qan donorluğuna və Beynəlxalq Qızıl Xac/Aypara Hərəkatına aid hazırlanmış əyani vəsaitlər paylanılmışdı.
Seminardan sonra M.Qaraxanova Lənkaran Regional Mərkəzinin koordinatoru, rayon bölməsinin sədri və əməkdaşları ilə görüş keçirmiş, “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində gələcəkdə könüllü mütəmadi qan donorluğununa dair fəaliyyətlərin təşkili barəsində söhbəti davam etdirmişdir.