Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Artıq üçüncü ildir ki, AzQAC –nın dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursu açmışdır. Cəmiyyətin Miqrasiya, Humanitar yardım, Saglamlıq və Qayğı, Gənclər və Könüllülər şöbələrinin əməkdaşları mütəmadi olaraq miqrantlarla görüşür və onlara humanitar yardımlar edir (ərzaq bağlamaları), ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə seminarları və s. təşkil edirlər.
2015-ci ildə növbəti görüş Fundreyzinq şöbəsindən gələn təşəbbüsün Miqrasiya şöbəsi əməkdaşları tərəfindən reallaşdırılması ilə baş tutmuşdur. AzQAC əməkdaşları miqrasiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın katibi Məmməd Kətanov, Respublikanın Baş müəllimi, Azəribaycan dili kursunun müəllimi Sona Hacıyeva, Fundreyzinq şöbəsinin müdiri Emil Seyidəliyev, HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Zəminə Səfərova arasında işgüzar görüş kecçirilmiş və Fundreyzinq şöbəsinin təşkil etdiyi bəzi qış geyim əşyaları və Miqrasiya şöbəsinin topladığı 3 bağlama uşaq və böyüklər üçün geyimlər Azərbaycan dili kursunun müdavim miqrant ailələrinin uşaqlarına paylanmışdır. 66 miqrant uşaq bu tədbirdə sevindirilmişdir.
Bu aksiya miqrantlar və mərkəz rəhbərliyi tərəfindən bəyənilmiş və AzQAC kollektivinə təşəkkürlər edilmişdir. AzQAC nümayəndələri belə aksiyaların gələcəkdə də kecirilməsi üçün yeni-yeni təşəbbüslərin olacağına əminlik bildirərək Mərkəzin kollektivinə gostərdikləri təşkilati səy üçün minnətdarlıqlarını bildirmişlər