6 oktyabr 2020-ci il tarixində Sumqayıt Gənclər evi və Az.QAC Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə FMKD-nin üzvləri tərəfindən gənclərə açıq havada “İlk yardım” üzrə təlim keçirildi. Tədbiri giriş sözü ilə Az.QAC Sumqayıt şəhər bölməsinin təlimatçısı Lalə Cəlilzadə açaraq dinləyiciləri salamlayıb,təlimin vacibliyi haqqında məlumat verdi . Daha sonra Fövqaladə Mobil Könüllü Dəstənin bir qrup üzvləri iştirakçılara,huşsuz nəfəs alan və bərpa vəziyyəti ,tənəffüs yollarının tutulması,qanaxma, sinıqlar, yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verildi və praktiki olaraq göstərildi.Gəncləri maraqlandıran suallar cavablandırıldı.