AzQAC-ın 2020-ci il oktyabrın 17-də keçirilən koordinasiya iclasında çıxış edən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov istirahət günləri belə gücləndirilmiş iş rejimində çalışdıqlarını bildirdi.Novruz Aslanov bildirdi ki, qarşı tərəf bu gecə saat 01:00 radələrində növbəti dəfə humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozması nəticəsində Gəncədə dinc mülki əhalimizə qarşı qanunsuzluqlar törədiblər.Nəticədə, fərdi evlərə, mülki infrastruktura, sosial obyektlərə, ümumilikdə mülki əhaliyə ciddi ziyan dəymişdir. AzQAC öz missiyasına, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına və Beynəlxalq humanitar hüquqa əsaslanaraq humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər etmişdir.
Novruz Aslanov məqsədimizin və hədəfimizin bir daha zərərçəkən insanlara humanitar yardımın göstərilməsi olduğunu və fəaliyyətlərimizin istər BQX/QAC Federasiyası, istərsə də BQXK ilə qarşılıqlı koordinasiya şəklində həyata keçirildiyini söylədi.
Hadisələr başlandığı gündən, 27 sentyabrdan bugünə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun başçılığı ilə mütəmadi şəkildə hər gün geniş tərkibli müşavirə keçirilir, yaranmış vəziyyət və atılacaq addımlar şərh edilir və cəbhəyanı rayonlarda müvafiq humanitar əməliyyatların həyata keçirilməsi üçün tapşırıqlar verilir. Belə ki, mövcud vəziyyət nəzərə alınaraq, AzQAC-ın regional mərkəzləri, şəhər və rayon bölmələri ilə əlaqələri gücləndiirlmiş iş rejimdə qurulmuşdur.
Novruz Aslanov sonda mövcud vəziyyətlə əlaqədar olaraq öz tapşırıq və göstərişlərini aidiyyatı şöbələrə verdi.
© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.