Danışıq zamanı cənab Rocco öz adından və Beynəlxalq Federasiya adından salamlarını göndərərək həmrəyliyini və son zamanlar baş verən hadisələrə görə narahatlığını bildirdi. Cənab Rocco yaranmış vəziyyətin çətin olmasını dərk edərək, öz növbəsində Federasiya tərəfindən dəstək verməyə hazır olduğunu söylədi.
Milli Cəmiyyətin prezidenti, cənab Novruz Aslanov öz növbəsində cənab Rocco-nun səmimi ifadələrinə və diqqətinə görə təşəkkür etdi.
Milli Cəmiyyətin prezidenti, cənab Novruz Aslanov mövcud vəziyyət haqqında danışaraq bildirdi ki, qarşı tərəfin apardığı əməlliyatlarının nəticəsində cəbhə bölgələrində və cəbhə bölgəsindən kənar olan rayonlarda və şəhərlərdə dinc mülki əhalimizə qarşı qanunsuzluqlar törədiblər.Belə ki, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla mülki əhaliyə qarşı qanunsuzluqlar etmişlər və bunun nəticəsində həm infrastruktura və həm də əhaliyə böyük zərbələrin vurulduğunu bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhə bölgələrində olan işçiləri və könüllüləri dərhal və operativ olaraq zərər çəkən mülki əhalinin ehtiyaclarını qısa zamanda həll etmək məqsədilə müxtəlif tədbirlər görür. İnsanlara ərzaq və qeyri ərzaq ləvazimaltları, ilk yardım dəstləri paylanılır, psixoloji dəstək göstərilir.
Söhbətin sonunda hər iki tərəf baş tutan telefon danışığa, göstərilən qayğı və diqqətə görə bir daha öz təşəkkürlərini ifadə etdi.