Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və Türkiyə Kızıl Ay Cəmiyyətinin dəstəyi ilə zərərçəkmiş mülki əhaliyə yataq və mətbəx dəstləri, çadırlar və digər zəruri ləvazimatlar göndərilib. Mövcud vəziyyətlə əlaqədar olaraq Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə respublikamıza gətirilən humanitar yardımlar cəbhəyanı bölgələrdə zərərçəkmiş insanlara çatdırılmışdır.
Humanitar yardımlar Füzuli, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy rayonlarında və Gəncə şəhərində paylanılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türkiyə Kızıl Ay Cəmiyyətinin əməkdaşlarından ibarət yaradılan işçi qrup yerlərdə mövcud ehtiyacları qiymətləndirərək müvafiq tədbirlər həyata keçirmişlər. AzQAC-ın yerli bölmələrinin rəhbər heyəti, eyni zamanda Milli Cəmiyyətin könüllüləri Hərəkatın məlum prinsipləri çərçivəsində üzərlərinə düşən bu humanist missiyanı layiqincə yerinə yetirdilər.
Zərərçəkmiş mülki əhaliyə müvafiq köməkliklərin göstərilməsi istiqamətində AzQAC-ın təşəbbüsləri və əməli fəaliyyətləri davam etməkdədir.