AzQAC-ın 2020-ci il oktyabrın 29-da növbəti koordinasiya iclası keçirildi. İclasda çıxış edən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov qarşı tərəfin Azərbaycan ərazisindəki mülki əhaliyə olan hücumundan ətraflı danışdı. Hüсum nəticəsində Bərdə rayonunda öz humanitar missiyasını həyata keçirərkən AzQAC-ın könüllüsü Mustafayev Məhərrəm Ənvər oğlunun həlak olduğunu söylədi. Öz humanitar missiyalarını həyata keçirərkən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin hücuma məruz qalmasının Beynəlxalq Humanitar Hüquqa və Cenevrə Konvensiyalarına zidd olduğunu xüsusi vurğuladı.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəļiyinin başçısı Ariane Bauerin və BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Jumayevanın hadisədən kədərlənərək başsağlığı verdiklərini söylədi. Həmçinin, onların bu hadisəni öz Twitter səhifələrində paylaşdıqlarını qeyd etdi. Eyni zamanda BQXQAC Federasiyasının Baş Katibi Jagan Chapagainin və Federasiyanın Avropa üzrə regional direktoru Birgitte Bischoff Ebbesenin AzQAC-ın könüllüsünün həyatını itirməsindən təəssüfləndiklərini iclas iştirakçılarına çatdırdı.
Daha sonra prezident məlum hadisə nəticəsində zərərçəkən insalara humanitar yardımların göstərilməsinin qısa zamanda həyata keçirilməsi tapşırığını verdi.