Kərəm Kınık: “Böyük şok və dərin kədər hissi ilə, dünən Azərbaycanın Bərdə şəhərində mülki insanlara humanitar yardım çatdırarkən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, 49 yaşlı atanın top atəşi nəticəsində qətlə yetirildiyini öyrəndik.
Türk Qızılayı bu dəhşətli hadisəni ən sərt şəkildə qınayır. Mərhumun ailəsinə və Qızıl Ay Cəmiyyətinin bütün üzvlərinə, işçilərinə və könüllülərinə dərin hüzünlə başsağlığı diləyirik. Humanist insanların, Qızıl Xaç və Qızıl Aypara emblemi ilə qorunan insanların hədəf olmadığını biz yenidən təkrar edirik. Humanitar heyəti və könüllüləri hədəf alan bütün hadisələr əsasən humanitar prinsiplərə hücumdur”.
Kərəm Kınıkla Novruz Aslanov arasında olan telefon danışığı zamanı, həmçinin, mövcud vəziyyətlə bağlı qarşılıqlı müzakirələr aparıldı. Kərəm Kınık Türkiyə Qızıl Ay Cəmiyyəti olaraq həmişə olduğu kimi qardaş ölkənin yanında olduğunu bildirdi və bundna sonra mülki şəxslərə humanitar yardımların olunması üçün hər an hazır olduqlarını bildirdi.