Kınık-Novruz2-840x420

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (BQX/QAC) Federasiyasının Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınık AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova telefonla zəng etdi

 

Kərəm Kınık: “Böyük şok və dərin kədər hissi ilə, dünən Azərbaycanın Bərdə şəhərində  mülki insanlara humanitar yardım çatdırarkən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, 49 yaşlı atanın top atəşi nəticəsində qətlə yetirildiyini öyrəndik.
Türk Qızılayı bu dəhşətli  hadisəni ən sərt şəkildə qınayır.  Mərhumun ailəsinə və Qızıl Ay Cəmiyyətinin bütün üzvlərinə, işçilərinə və könüllülərinə dərin hüzünlə başsağlığı diləyirik. Humanist insanların, Qızıl Xaç və Qızıl Aypara emblemi  ilə qorunan insanların hədəf olmadığını biz yenidən təkrar edirik. Humanitar heyəti və könüllüləri hədəf alan bütün hadisələr əsasən humanitar prinsiplərə hücumdur”.

Kərəm Kınıkla Novruz Aslanov arasında olan telefon danışığı zamanı, həmçinin, mövcud vəziyyətlə bağlı qarşılıqlı müzakirələr aparıldı. Kərəm Kınık Türkiyə Qızıl Ay Cəmiyyəti olaraq həmişə olduğu kimi qardaş ölkənin yanında olduğunu bildirdi və bundna sonra mülki şəxslərə humanitar yardımların olunması üçün hər an hazır olduqlarını bildirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.