IMG-20201102-WA0002

Türkiyə Qızıl Ay Cəmiyyətinin növbəti humanitar yardımı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti əsasında Türkiyə Qızıl Ay Cəmiyyətinin növbəti 11 yük maşınından (TIR) ibarət  humanitar karvanı Azərbaycana doğru yola çıxmışdır. Məqsəd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan bölgələrinə olan hücum nəticəsində zərərçəkən mülki əhaliyə humanitar yardım göstərməkdir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (BQX/QAC) Federasiyasının Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınık Türkiyədə “Qardaşlara kömək etmək vaxtıdır-Göstər qardaşlığını, Türkiyə” adı ilə kampaniya başlatmışdır. Kampaniya çərçivəsində qardaş Türkiyə xalqından cəbhəyanı ərazilərdə zərərçəkən və həlak olan insanların ailələrinə zəruri humanitar yardımlar toplanılaraq Azərbaycana göndərilmişdir.

Məlumat üçün bildiririk ki, daha öncə də zəruri ehtiyaclara uyğun olaraq 8 tırlıq humanitar yük AzQAC-a təhvil verilmişdir. Göndərilən humanitar yük AzQAC-ın xətti ilə cəbhəyanı ərazilərdə zərərçəkən mülki şəxslərə paylanılmışdır.IMG-20201102-WA0002 IMG-20201102-WA0003 IMG-20201102-WA0004 IMG-20201102-WA0005 IMG-20201102-WA0006 IMG-20201102-WA0007 IMG-20201102-WA0008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.