Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olmuş insanların xatirəsini yad etdilər. Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin önünə qərənfillər düzüldü. Həlak olanların ruhlarına dualar oxundu. Anım mərasimində çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndələrinə, o cümlədən səfirin birinci müavini cənab Barış Saygına və səfirliyin ikinci katibi Tuba Uzelə dərin hüznlə baş sağlığı verdi. Vitse-prezident çıxışında təbii fəlakət zamanı zərərçəkən inslara kömək etmək üçün hər zaman hazır olduqlarını ifadə etdi. Milli Cəmiyyət olaraq qardaş Türkiyənin bu çətin günündə yanlarında olduğunu bildirdi.
Barış Saygın çıxışında Türkiyə səfirliyinin adından belə isti münasibətə görə dərin təşəkkürünü bildirdi. Tədbridə Azərbaycan-Türkiyə qardaşlığının əbədi, sarsılmaz olduğu ifadə olundu.