Aslanov-Javier Senent (2)

İspaniya Qızıl Xaç Cəmiyyətinin prezidenti Javier Senent, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, milli məclisin deputatı Novruz Aslanova başsağlığı verdi

 

Hörmətli Prezident və əziz dostum!

Milli Cəmiyyətinizin könüllüsü cənab Mustafayev Məhərrəm Ənvər oğlunu qətlə yetirən və Bərdə mərkəzində humanitar missiyasını yerinə yetirərkən  iki nəfər şəxsi yaralayan faciəli hadisə barədə aldığımız məlumat bizi çox kədərləndirdi.

İspaniya Qızıl Xaçı adından və şəxsən öz adımdan bu çətin anda sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə səmimi rəğbətimizi və dəstəyimizi çatdırmaq istəyirəm. Xahiş edirəm ki, bu kritik dövrdə davam edən humanitar əməliyyat üçün əvəzsiz təcrübə təqdim edən cənab Məhərrəmin ailəsinə və yaxınlarına  bizim adımızdan başsağlığı verəsiniz.

Hər iki yaralı könüllümüzə də  tez bir zamanda sağalması üçün diləklərimizi çatdırsanız sizə bir daha minnətdar olarıq.

İspaniya  Qızıl Xaçı,  missiyamızı həyata keçirməyə və insanları xilas etməyə imkan verən emblemin qorunması qaydalarının pozulmasını şiddətlə qınayırıq.

Hörmətlə,

İspaniya Qızıl Xaç Cəmiyyətinin prezidenti

 Javier Senent

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.