Hörmətli Prezident və əziz dostum!
Milli Cəmiyyətinizin könüllüsü cənab Mustafayev Məhərrəm Ənvər oğlunu qətlə yetirən və Bərdə mərkəzində humanitar missiyasını yerinə yetirərkən iki nəfər şəxsi yaralayan faciəli hadisə barədə aldığımız məlumat bizi çox kədərləndirdi.
İspaniya Qızıl Xaçı adından və şəxsən öz adımdan bu çətin anda sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə səmimi rəğbətimizi və dəstəyimizi çatdırmaq istəyirəm. Xahiş edirəm ki, bu kritik dövrdə davam edən humanitar əməliyyat üçün əvəzsiz təcrübə təqdim edən cənab Məhərrəmin ailəsinə və yaxınlarına bizim adımızdan başsağlığı verəsiniz.
Hər iki yaralı könüllümüzə də tez bir zamanda sağalması üçün diləklərimizi çatdırsanız sizə bir daha minnətdar olarıq.
İspaniya Qızıl Xaçı, missiyamızı həyata keçirməyə və insanları xilas etməyə imkan verən emblemin qorunması qaydalarının pozulmasını şiddətlə qınayırıq.
Hörmətlə,
İspaniya Qızıl Xaç Cəmiyyətinin prezidenti
Javier Senent