Az.QAC Suraxanı RB-si 9 noyabr “Bayraq Bayramı” münasibətilə ehtiyacı olan tənha, ahıl, aztəminatlı ailələrə yardım göstərdi. Rayon ərazisində yaşayan 50 nəfəri sevindirdik. Təbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söhbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.