P1120071-300x225

Könüllülük –humanistliyin ən yüksək və başlıca zirvəsidir!

Dünyanın hər yerində, könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir.

28 oktyabr 2020-ci il tarixində  Bərdə şəhərində düşmən tərəfin növbəti dəfə humanitar atəşkəs rejimini və Cenevrə Konvensiyasının hüquq normalarını  kobudcasına pozması və   mülki əhaliyə qarşı qanunsuzluqlar törətməsi nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü  Mustafayev Məhərrəm Ənvər  oglu həlak olmuş və Milli Cəmiyyətin digər könüllüsü   Bəbişova Fatma Mehdi qızının xəsarət alması məni çox sarsıtdı və bu məqaləni bir könüllü olaraq, yazmağa sövq etdi.

Mən özüm uzun illər AzQAC tibbi-sosial sahəsində çalışmışam, hal-hazırda isə ictimai əsaslarla tibbi-sosial və humanitar fəaliyyətlərə qatılıram. Hərəkatın bir çox əsas fəaliyyət  istiqamətləri (COVİD-19, Vərəm, AİDS-lə mübarizə, İlk Yardım, İlk Psixoloji Yardım) barədə bilik və bacarıqlar əldə etmişəm, humanitar sahəsində böyük təcrübə qazanmışam. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və bütün kollektivə bu şəraiti mənim üçün yaratdıqlarına görə minnətdaram. Ümumiyyətlə isə, həyatımın bir hissəsində Hərəkatın  üzvü olduğum üçün daim qürur hissi keçirirəm.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, həqiqətən, –mərhəmətin ünvanıdır. Tənha kimsəsiz ahıllara, Vərəm və AİDS, digər xəstələrə və onların ailə üzvlərinə, fövqəladə hal nəticəsində zərər, iztirab çəkən insanların ehtiyaclarına uyğun, onlara dəstək və qayğı göstərmək mərhəmətin göstəricisi deyilmi? Əlbəttə, ən vacib, ən ümdə göstəricisidir.

Humanistliyə  görə, xeyirxahlığı, insansevərliyi  öz  əməllərində nümayiş etdirən, ehtiyacı olan insanlara yardım əlini  uzadan, hətta yardım etməyə qadir olmadığı halda belə,  sadəcə yanında olan, həssas qruplardan olan  insanların yaşamasına və həyat keyfiyyətini yaxşılaşdırmağa üçün daim xidmət göstərən  könüllülər  isə xüsusi böyük hörmətə layiqdirlər.

Amma təəsüf ki, dünyada baş verən hadisələr zamanı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixində Milli Cəmiyyətlərinin minlərlə könüllüləri istər müharibə və münaqişə, istər isə dinc şəraitdə xidmət göstərərkən,  həlak olurlar, öldürülürlər. Bu heç bir humanistliyi əks etdirən qanunlara sığışmayan bir aktlardır.

BQXQA Hərəkata qatılan insanlar (könüllülər daxil olmaqla) öz fəaliyyətlərində Hərəkatın 7 Fundamental Prinsipini rəhbər tutub, öz vəzifələrini yerinə yetirirlər. Bir daha bu Fundamental Prinsipləri xatırlamaq istərdim ki, hamı bu Hərəkatın nə üçün humanistliyin zirvəsi olduğunu anlasın.

Humanizm  – Ayrı-seçkilik etmədən döyüş meydanlarında yaralılara yardım göstərmək zərurətindən yaranmış Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı istər Beynəlxalq, istərsə də milli səviyyədə hər hansı bir şəraitdə insan iztirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır.

Qərəzsizlik – Hərəkat heç kəsə dini, irqi, milli xüsusiyyələri, sinfi mənsubiyyəti, siyasi əqidəsi və sosial mövqeyinə görə fərq qoymur. O, insanların düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir. O, ilk növbədə ən ağır bəlalara düçar olanların köməyinə tələsir.

Neytrallıq – Hərəkat hər kəsin ona olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə heç bir tərəfi müdafiə etməyərək düşmənçiliyə qarışmır, siyasi, irqi, dini və ideoloji mübahisələrdə bitərəf mövqe nümayiş etdirir.

Müstəqillik – Hərəkat müstəqildir. Öz insansevərlik fəaliyyətində mövcud hakimiyyətə yardımçı olub, ölkəsində hakim olan qanunlara tabe olmaqla Milli Cəmiyyətlər öz muxtariyyətlərini qoruyub saxlayırlar ki, bu da onlara Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsipləri ilə işləmək imkanı verir.

Könüllülük – Hərəkat heç bir maraq güdməyən könüllü yardım müəssisəsidir

Vahidlik –  Bir ölkədə yalnız bir Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları hamının üzünə açıqdır və öz insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində həyata keçirir

Universallıq – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ümumbəşəri, universal bir qurumdur ki, bu qurumda bütün Cəmiyyətin bərabər hüquqları var və onlar bir-birilərinə kömək etməyə borcludular.

Tariximizin  ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, vətənin müdafiəsində könüllü iştirak etməkdir. Torpaqlarımızda qanlı savaş getdiyi bir vaxtda və dəhşətli bir epidemiya ilə üz-üə qaldığımız bir zamanda belə xeyirxah işlərin əvəzi yoxdur. Könüllülük hərəkatı tarixində heç bir işlə müqayisə olunmayacaq fədakarlığa gedən – canından keçən  şəhidlərimizin ruhu qarşısında baş  əyir, həyatımız boyu onlara minnətdarıq.  Belə könüllülər heç vaxt qədirbilən xalqımızın yaddaşından silinməyəcək. Bu da təbiidir, çünki onlar vətən, torpağ uğrunda mübarizədə həlak olub, şəhidlik zirvəsinə ucalırlar.  Könüllü olmaq – ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də  belə  idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə  sadiq qalacağıq.  Elə AzQAC-in könüllüsü Mustafayev Məhərrəm Ənvər  oglu öz könnüllü xidmətinə sadiq qalıb, şəhid oldu.   Allah rəhmət eləsin!

Hal-hazırda AzQAC-in Regional Mərkəzlər və Rayon Bölmələrinin işçi heyyəti və biz könüllülər ölkəmizin çətin vəziyyət şəraitində (COVİD-19 pandemiyası və  Qarabağ uğrunda gedən müharibə) fəaliyyətimizi davam edirik. Mən müharibə gedən ərazilərdə AzQAC-in həyata keçirdiyi fəaliyyətlərdə iştirak etməsəmdə, Bakıda   və digər şəhər və rayonlarda gedən COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərində fəal iştirak edir, maarifləndirmə, humanitar fəaliyyətlərə çəlb olunub, öz bilik və bacarıqlarımı istifadə edirəm.  Asan xidmət tərəfindən həyata keçirilən müharibədə fədakarcasına döyüşən əsgərləri ruhlandıran, dəstəkləyən  “Əsgərə məktub” layihəsində də iştirak etmişdim.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!  Qələbəmiz Mübarək!P1120017 P1120071-300x225 P1120081-300x225 20200324_094933 20201102_105745 20201102_112634 IMG_20200715_110231-300x225 IMG-20200320-WA0022

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.