24.10.2015 tarixində adının hallanmasını istəməyən xeyirxah insan tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha-kimsəsiz qocalara və sağlamlıq imkanları məhdud olan uşaqlara ümumilikdə 35 nəfər olmaqla qurban əti və ərzaq bağlamaları paylanıldı.
Kimsəsiz ahıllar onlara göstərilən diqqət və qayğıya görə AzQAC Sumqayıt şəhər bölməsinin kollektivinə, yardım paylarını göndərən xeyriyyəçi insana öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər