IMG_3862

Qeyri-İnfeksion Xəstəliklər və Şəkərli diabet xəstəliyi mövzusunda təlim keçirilmişdir

AzQAC-a tərəfdaş olan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Diabet Liqası (ADL) tərəfindən qlobal səhiyyə probleminə çevrilmiş qeyri-infeksion xəstəliklər, o cümlədən şəkərli diabet xəstəliyi barədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində növbəti birgə təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fatma Yıldırım sağlamlığın qorunmasına və sağlam həyat şərtlərinə əməl etməyin zərurətini vurğulamışdır. Fatma Yıldırım maarrifləndirmə xarakterli təlimlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, AzQAC və Azərbaycan Diabet Liqasına, eləcə də tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Daha sonra AzQAC İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran iştirakçılara Qeyri-İnfeksion Xəstəliklər (ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri, şəkərli diabet), onları törədən riskli amillər, bu xəstəliklərin dünyada və Azərbaycanda yayılması haqqında məlumat vermişdir.

Qeyri-infeksion xəstəliklər (QİX) yoluxucu olmayan, xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə olunan xəstəliklərdir. Bu xəstəliklərin baş verməsi tütünçəkmə (eləcə də ətraf mühitdən tütün tüstüsünə məruz qalma), spirtli içkilərdən sui-istifadə, fiziki passivlik və qeyri-sağlam qidalanma kimi davranış risk faktorları ilə bağlıdır. Dünyada 57 milyon ölümdən 36 milyonu (üçdə ikisi ya da 63%) QİX-i səbəbindən baş verir. QİX-dən ölüm hallarının 80%-i aşağı və orta-gəlirli ölkələrdə baş verir və bu ölkələrdə xəstəliklərin dərəcəsi artmaqdadır. Ona görə də Birləşmiş Millətlər Təşkilatının növbəti Baş Assambleyasında qərara alınmışdır ki, 2025-ci ilə qədər QİX-dən ölüm sayının qarşısı 25%-dək azaldılmalıdır. Bunun üçün bütün aidiyyatı qurumların köməyilə geniş ictimaiyyət, icmalar arasında maarifləndimə fəaliyyətləri təşkil olunmalı və müvafiq qərarlar qəbul edilməlidir.

Azərbaycanda 2014-cü ildə ümumilikdə 55,6 min  ölüm hallarından 63,2%-i QİX-lə bağlıdır: qan dövranı xəstəlikləri (33,2 min), onkoloji xəstəliklər (6,5 min), tənəffüs orqanlarının xəstəlikləri (1,5 min), qidalanma, maddələr mübadiləsi pozuntuları və endokrin sistemin xəstəlikləri (1,0 min), o cümlədən şəkərli diabet səbəbindən baş vermişdir. Statistikaya görə son illərdə QİX səbəbindən xəstələnmə və ölüm göstəricilərində davamlı artım müşahidə olunur və ölkə daxilində Səhiyyə Nazirliyi tərəfindən ciddi və lazımlı addımlar atılır. AzQAC bu xəstəliklərin qarşısının alınması üçün sağlam qidalanma, fiziki aktivlik, vaxtı-vaxtında müvafiq müayinə və müalicənin zəruruliyini vurğulayır.

 

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova Şəkərli Diabet mövzusunda ətraflı çıxış edərək dinləyicilərin diqqətini bu xəstəliyin müasir dövrdə aktuallığına, onun insan orqanizminə mənfi və ağır təsirinə, xəstəlik aşkar olunduğu təqdirdə təxirəsalınmaz müalicənin aparılması, eləcə də xəstəliyin yaranmaması üçün müvafiq addımların atılmasına cəlb etdi.  Açıqlama zamanı qeyd edildi ki, şəkərli diabet zamanı qida qəbulunun, onun tərkibində karbohidratların miqdarının qanda qlükozanın səviyyəsinə birbaşa təsiri var. Tip 2 şəkərli diabetin əmələ gəlməsində düzgün qidalanmanın və aktiv həyat tərzinin çox mühüm əhəmiyyətindən danışıldı. Təsnifata görə şəkərli diabetin ən geniş yayılmış 2 tipi var. Tip 1 şəkərli diabet əsasən erkən(uşaq və yeniyetmə) yaşlarında təsadüf edir. Patogenezinə görə insulin hormonunun tam çatışmazlığı ilə müşayiət olunur, ona görədə insulindənasılı forma adlanır. Tip 2 şəkərli diabet bütün diabetli xəstələrin 85-90%-ni təşkil edir, əsasən yaşlılarda və abdominal piylənməsi olanlarda olur. Patogenezinə görə səbəb insulinin hissəvi çatışmazlığı və insulin hormonuna qarşı hüceyrələrin həssaslığının azalması, yəni rezistentlikdir. 50-55% insanlar öz xəstələnmələri haqqında məlumatsız olurlar. Ona görə də Yeqanə xanım fürsətdən istifadə edərək əhali arasında ildə bir dəfədən az olmayaraq ac qarına qanda qlükoza səviyyəsinin, lazım olarsa, Qlükoza tolerantlıq testi və HbA1c müayinə edilməsini tövsiyyə etdi. Bir çox hallarda prediabet adı ilə tanınan qlükoza tolerantlığın pozulması halı düzgün qidalanma, bədən çəkinin  azalması və aktiv həyat tərzi fonunda xəstələnmənin əmələ gəlməsinin qarşısını alır. Ümumiyyətlə,  düzgün qidalanma, bədən çəkinin  azalması və aktiv həyat tərzi şəkərli diabet xəstəliyinin ən yaxşı profilaktikasıdır.

Məruzəçilərin çıxışından sonra mövzu ətrafında müzakirələr aparıldı, məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırdı.

Tədbirin sonunda QİX mövzusuna həsr olunmuş sosial videoçarx nümayiş olundu.IMG_3863 IMG_3870 IMG_3877 IMG_3880 IMG_3881 IMG_3889 IMG_3900 IMG_3907 IMG_3916 IMG_3918

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.