image00011

Asan Xidmət qurumunun könülləri üçün “Fövqəladə hal zamanı sağlamlığa dair fəaliyyətlər” adlı seminar keçirildi

Hazırda Azərbaycanda COVID-19-pandemiyası olan ağır və çətin dövrünü yaşayırıq. Bu şəraitdə bütün təşkilatlar mübarizə tədbirlərinə səfərbər olunub, insanlara yardım edirlər. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Asan Xidmət təşkilatları insanlara yaxın və əlçatan olan  xidmətləri həyata keçirdən təşkilatlardır. AzQAC Asan Xidmət könüllüləri bölmələri ilə əməkdaşlıq çərçivəsində birgə müxtəlif tədbirlər həyata keçirdirlər. Bu əməkdaşlığa əsasən, 2020 ci il 19 noyabr tarixində AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı” çərçivəsində Asan Xidmətinin Sabunçu rayon Bölməsində fəaliyyətə cəlb olunan könüllüləri üçün “Fövqəladə hallar zamanı sağlamlığa dair fəaliyyətlər”  adlı  seminar keçirildi. Seminarı AzQAC-n  proqram kordinatoru Mətanət Qaraxanova aparmışdı. Təqdimatla çıxış edən M.Qaraxanova  könüllülərə Fövqəladə hal sayılan COVİD-19 pandemiya və  münagişə zamanı  psixi travma və  psixoloji təsirlərə məruz qalan dinc əhali və xidmət göstərənlərin  sağlamlığının qorunmasına dəstək və qayğı  sahəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərə dair geniş məlumatları çatdırdı. Bu məlumatlarda (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Fövqəladə Hallar zamanı psixoloji Yardım”- Təlimat və Ümumdünya Səhiyyə Təşkilatının “İlk Psixoloji Yardım” Rəhbərliyə əsaslanan) zərər çəkənlərin ilk öncə sağlamlığının qorunması və bərpa edilməsinin ümumi prinsipləri göstərilmişdi. Fövqəladə Hallar zamanı zərərçəkənlərə  İlk Psixoloji Yardım və onun  növləri, əsas prinsipləri və elementləri, İlk Psixoloji yardımın kim tərəfindən aparılması və dərhal kimə ehtiyac olduğunu, yardımın  mövcud olan psixo-sosial modellərinə dair məlumatlar təqdimatın böyük hissəsini təşkil etmişdir. Bununla yanaşı, könüllülərin xidmət etdiyi müddətdə özlərinə  qayğının göstərilməsi barədə məqamlar xüsusi  vurğulanmışdı. Sonda könüllüləri maraqlandıran suallar cavablandırıldı, seminarla bağlı və ümumi Azərbaycanda gedən prosesslərdə könüllü xidmətin rolu barədə fikirlər səsləndirildi.. Gələcəkdə könüllülərə müxtəlif mövzularla bağlı seminarların AzQAC tərəfindən davamlı şəkildə  təşkil olunması nəzərdə tutulur.  20201119_123557 (1) image00004 image00007 image00010

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.