Hazırda Azərbaycanda COVID-19-pandemiyası olan ağır və çətin dövrünü yaşayırıq. Bu şəraitdə bütün təşkilatlar mübarizə tədbirlərinə səfərbər olunub, insanlara yardım edirlər. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Asan Xidmət təşkilatları insanlara yaxın və əlçatan olan xidmətləri həyata keçirdən təşkilatlardır. AzQAC Asan Xidmət könüllüləri bölmələri ilə əməkdaşlıq çərçivəsində birgə müxtəlif tədbirlər həyata keçirdirlər. Bu əməkdaşlığa əsasən, 2020 ci il 19 noyabr tarixində AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı” çərçivəsində Asan Xidmətinin Sabunçu rayon Bölməsində fəaliyyətə cəlb olunan könüllüləri üçün “Fövqəladə hallar zamanı sağlamlığa dair fəaliyyətlər” adlı seminar keçirildi. Seminarı AzQAC-n proqram kordinatoru Mətanət Qaraxanova aparmışdı. Təqdimatla çıxış edən M.Qaraxanova könüllülərə Fövqəladə hal sayılan COVİD-19 pandemiya və münagişə zamanı psixi travma və psixoloji təsirlərə məruz qalan dinc əhali və xidmət göstərənlərin sağlamlığının qorunmasına dəstək və qayğı sahəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərə dair geniş məlumatları çatdırdı. Bu məlumatlarda (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Fövqəladə Hallar zamanı psixoloji Yardım”- Təlimat və Ümumdünya Səhiyyə Təşkilatının “İlk Psixoloji Yardım” Rəhbərliyə əsaslanan) zərər çəkənlərin ilk öncə sağlamlığının qorunması və bərpa edilməsinin ümumi prinsipləri göstərilmişdi. Fövqəladə Hallar zamanı zərərçəkənlərə İlk Psixoloji Yardım və onun növləri, əsas prinsipləri və elementləri, İlk Psixoloji yardımın kim tərəfindən aparılması və dərhal kimə ehtiyac olduğunu, yardımın mövcud olan psixo-sosial modellərinə dair məlumatlar təqdimatın böyük hissəsini təşkil etmişdir. Bununla yanaşı, könüllülərin xidmət etdiyi müddətdə özlərinə qayğının göstərilməsi barədə məqamlar xüsusi vurğulanmışdı. Sonda könüllüləri maraqlandıran suallar cavablandırıldı, seminarla bağlı və ümumi Azərbaycanda gedən prosesslərdə könüllü xidmətin rolu barədə fikirlər səsləndirildi.. Gələcəkdə könüllülərə müxtəlif mövzularla bağlı seminarların AzQAC tərəfindən davamlı şəkildə təşkil olunması nəzərdə tutulur.