Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 70 nəfər daha ehtiyaclı ahıla qurban payı verildi. Ahıllar onlara göstərilən bu diqqət ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə qurban payları bölmənin könüllü heyyəti tərəfindən evlərində çatdırıldı.Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!