Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov cəbhəyanı ərazilərə səfər edib. Səfər çərçivəsində Yevlax şəhərində yerləşən anbara baş çəkib. Türkiyə Qızıl Ay Cəmiyyətinin göndərdiyi humanitar yükün yerləşdiyi anbarda bağlamaların çeşidləməsi ilə tanış olub. Türkiyə Qızıl Ay Cəmiyyətinin nümayəndə heyəti ilə görüşən prezident onlara öz tövsiyyələrini etmişdir.
Daha sonra AzQAC-ın nümayəndə heyəti Bərdə rayonuna səfər etmişdir. Münaqişə zamanı Bərdə rayonunda öz humanitar missiyasını yerinə yetirərkən vəfat edən AzQAC-ın könüllüsü Mustafayev Məhərrəmin məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur. Daha sonra könüllümüzün ailəsinə baş çəkilmiş, onlara Məhərrəmin könüllü olduğu müddətdə gördüyü işlərdən danışılmışdır. Ailəsinə baş sağlığı verilmişdir. AzQAC-ın prezidenti səfər zamanı Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevlə də görüşmüdür. İkili görüşdə humanitar məsələlər müzakirə edilmişdir.
Novruz Aslanov daha sonra Naftalan şəhərinə səfər etmiş, oradakı zərərçəkən mülki əhali ilə görüşmüşdür. Onların ehtiyacları barədə ətraflı məlumat almışdır. Həmçinin, AzQAC-ın könüllüləri ilə görüşən prezident onlara öz tövsiyyələrini etmiş və öz tapşırıqlarını vermişdir. AzQAC-ın könüllüərinə tərifnamələr təqdim etmişdir. Həmçinin, AzQAC-ın prezidenti Novruz Aslanov Milli Cəmiyyətin regional mərkəz koordinatorları ilə görüşmüşdür. Görüş zamanı koordinatorların gördüyü işlərələ tanış olmuş və görüləcək işlərlə bağlı özünün tapşırıqlarını vermişdir.