Az.QAC Suraxanı RB-si qarşıdan gələn 03 dekabr “Əlillər Günü” münasibətilə ehtiyacı olan əlillərə, tənha, ahıl və aztəminatlı ailələrə yardım göstərdi. Rayon ərazisində yaşayan 50 nəfəri sevindirdik. Təbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında hösbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.