20201230_130545

Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar aksiyalarını davam etdirir

BMT-n verdiyi məlumata görə, dünyada İİV-lə yaşayan insanların sayı  38 mln-dur. 25,4 mln insan antiretrovirus müalicə proqramlar çərçivəsində  müalicə olunurlar.

COVİD-19 pandemiyasının bu insanların həyat və rifahına təsir etdiyi barədə məlumatlar verilir. Pandemiya bir daha bizə sağlamlığın nə dərəcədə digər  bərabərsizlik, insan hüquqları, sosial müdafiə və iqdisadi inkişaf kimi məqamlarla  sıx əlaqəli olmasını sübut  etdi.

BMT-nin  İİV/QİÇS üzrə tutduğu məqsədlər arasında  narkomaniya haqqında içtimayətin məlumatlandırılması, bununla da cəmiyyətdə ayrıseçkilik və damğalanma kimi amillərin aradan götürməsinə yönəldilən tədbirlərin geniş şəkildə aparılması önəmli yer tutur.

Azərbaycanda da İİV/QİÇS-lə mübarizə tədbirləri dövlət və GHT tərəfindən əməkdaşlıq çərçivəsində ölkənin bütün şəhər və rayonlarında geniş şəkildə həyata keçirilir. Azərbaycan Qızıl AyparaCəmiyyətinin İİV/QİÇS-lə mübarizə fəaliyyətləri Cəmiyyətin  “İcmaya əsaslanan Sağlamlıq” proqramının   prioritet sahələrindən biridir. Mütəmadi olaraq, Cəmiyyət bu proqram çərçivəsində  Az.Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və digər QİÇS-lə yaşayan İçtimai Birliklərlə  əməkdaşlıq edərək,  əhali arasında İİV/QİÇS-lə mübarizəyə yönnəldilən  maarifləndirici  və İİV/QİÇS-lə yaşayan insanlara sosial yönümlü tədbirləri həyata keçirdir.

Belə ki, 2020-ci il 30 dekabr tarixində  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın dəstəyi ilə 60 nəfərə humanitar yardım təşkil edilmişdir.  İnsanlar AzQAC-in etdiyi bu aksiyaya müsbət qiymət verərək,  bir daha Cəmiyyətin əsas  humanizm, ayrıseçkiliyə yol verməmək prinsipləri əsasında edilən dəstəyə görə dərin təşəkkürlərini bildirdilər.

 

20201230_12594620201230_130402 20201230_130718

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.